Gündəm

MİT-dən əməliyyat: 6 FETÖ-çu Türkiyəyə gətirildi

29 Mart 2018 16:49

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) FETÖ-PDY-nin (Paralel Dövlət) Balkan qanadına zərbə endirib. Bu barədə “Milliyyət” yazıb.Məlumata görə, keçirilən xüsusi  əməliyyat nəticəsində FETÖ-PDY-nin 6 üzvü Türkiyəyə gətirilib. 

Milli Şuranın ölkədə dini qarşıdurma yaratmaq cəhdi

29 Mart 2018 16:42

Hər zaman siyasi mübarizədən ehtiyat edib seçkilərə qatılmaqdan yayınan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 11 aprel prezident seçkiləri ərəfəsində də öz “ənənəsinə” sadiq qaldı. Seçkini boykot qərarı verən AXCP sədri və onun yaxın ətrafı, eləcə də Milli Şura adlanan qurum düşünürdü ki, onların boykot qərarı istədikləri effekti verəcək və beynəlxalq təşkilatlar, Qərb dövlətləri əvvəlcədən Azərbaycanda keçiriləcək prezident seçkilərinin legitimliyini tanımayacaqlar.

Məşhur futbolçu 17 ilini verdiyi klubdan gedir

29 Mart 2018 16:40

"Aston Villa"nın hücumçusu Qabriel Aqbonlahor mövsümün sonunda klubu tərk edəcək. Rəhbərlik karyerasının 17 ilini Birmingem təmsilçisinə həsr edən 31 yaşlı futbolçunun müqaviləsini uzatmaq istəmir.

Moskva savaşa hazırlaşır: Bu bölgəyə ordu yeridilir

29 Mart 2018 16:36

Rusiya Kosovanın şimal hissəsinə ordu yeridə bilər. Bu sözləri öz Feysbuk səhifəsində ukraynalı siyasi ekspert Vitali Portnikov paylaşıb.

Suriyada gərgin anlar: ABŞ və Rusiya qarşı-qarşıya

29 Mart 2018 16:34

Suriyada ABŞ və Rusiyanın dəstəklədiyi silahlı qruplaşmaların toqquşmasının qarşısı son anda alınıb. Gərginliyə tərəflər arasındakı telefon danışığından sonra son qoyulub. Həftənin əvvəlində baş verən gərginliyin detallarını ABŞ-ın Müdafiə naziri Ceyms Mettis açıqlayıb. “Hadisə Fəratın şərqində Deyr əz-Zor bölgəsində baş verib. Rusiyanın dəstəklədiyi qüvvələr daha yaxın mövqe qazanmaq üçün hərəkətə keçmişdi”, - Mettis bildirib.

Rumıniya parlamenti Moldova ilə birləşmək haqqında Bəyannamə qəbul edib

29 Mart 2018 16:31

Rumıniya parlamenti tarixdə Bessarabiya kimi tanınan bugünkü Moldova torpaqlarının Rumıniya ilə birləşməsinin 100-cü ildönümü münasibətilə Moldova Respublikası ilə birləşməyə dair niyyət Bəyannaməsi qəbul edib. "Bessarabiyanın ana vətən Rumıniya ilə 1918-ci il martın 27-də baş tutmuş birləşməsinin bayram edilməsi haqqında" Bəyannamədə deyilir ki, Rumıniya ilə birləşmək istəyən Moldova vətəndaşlarının bu arzusu tam legitimdir və Ruminiya dövləti, vətəndaşları da bu təşəbbüsü dəstəkləyir: 

Millət vəkili: “Quba məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutudur”

29 Mart 2018 16:29

UNEC-də azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan “31 mart soyqırımı: insanlıq əleyhinə yönəldilmiş qəddar cinayət” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Fatimə indi də Rahidə ilə dava etdi

29 Mart 2018 16:28

Rəqqasə Fatimə Fətəliyeva ilə Rahidə Baxışova arasında "Hər şey daxil" verilişində qalmaqal yaşanıb. Sənətçilərin küsülü olduğu ortaya çıxıb.

İsrail qırıcıları İran ərazisinə daxil olub

29 Mart 2018 16:19

Bu ilin mart ayında İsrailin F-35 təyyarələri İran ərazisində əməliyyat keçirib. Məlumata görə, qırıcılar Suriya və İraq ərazisində kəşfiyyat uçuşları keçirərkən İranın ərazisinə daxil olub. İsrail KİV-ləri yazır ki, təyyarələr Bəndər-Abbas, İsfahan və Şirazda ehtimal olunan nüvə obyektləri üzərində uçuşlar keçirib.

Müdafiə Nazirliyi: "Azərbaycanın əldə etdiyi silahların keyfiyyətsiz olması barədə yayılan şayiələr təxribatdır"

29 Mart 2018 16:04

Azərbaycanın əldə etdiyi silahların keyfiyyətsiz olması barədə yayılan şayiələr təxribatdır. Müdafiə Nazirliyindən  verilən məlumata görə, son günlər xarici və yerli kütləvi informasiya vasitələrində Azərbaycanın Rusiyadan əldə etdiyi silahların yararsız olması ilə bağlı müxtəlif şayiələr yayılıb: "Rəsmi olaraq bildiririk ki, bu kimi xəbərlər həqiqətə uyğun deyil və onların yayılması təxribat xarakteri daşıyır.

Şəhid qızının ölümünə səbəb olan 17 yaşlı Rəhimə hökm oxunmadı

29 Mart 2018 16:00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib.  Hakim Novruz Kərimovun icraatında olan prosesdə müdafiə çıxışı edilməli idi.  Lakin Rəhim Rəhimovun vəkili iclasa qatılmadığı üçün proses aprelin 2-nə təyin edilib. 

Lalə Azərtaş "ATV səhər"dən getdi

29 Mart 2018 15:58

Aparıcı Lalə Azərtaş "ATV səhər” verilişindən gedib. Artıq bir neçə gündür ki, səhər saat 08:00-da başlayan proqramda o, yer almır.   Onun yerinə isə verilişi əməkdar artist Əkbər Əlizadə ilə birlikdə Jalə Həsənli aparır.

Litvada Qarabağ mövzusunda əsərlər nəşr edilib

29 Mart 2018 15:57

Azərbaycan yazıçısı, dramaturq və publisisti Elçin Hüseynbəylinin “Boz eşşəyin məktubları” adlı seçilmiş hekayələr toplusu Vilnüsdə litvaca nəşr olunub. Kitaba müəllifin 1998-2014-cü illərdə yazdığı 16 hekayəsi salınıb. Bunlardan altısı - “Boz eşşəyin məktubları”, “Gözünə gün düşür”, „İlk öpüş“, “Şimallı gəlin”, “Qocanın axdığı gün”, “Qaracanın qara başı” - Qarabağ savaşı mövzusunda qələmə alınmış və diqqəti cəlb edən məşhur əsərlər sırasına daxildir.

Evdə qovğa uşağa necə təsir edir?

29 Mart 2018 15:43

ABŞ-ın Vermont Universitetinin əməkdaşları ailə münaqişəsinin uşaqların psixikasına təsirini araşdırıb. Novator.az-ın məlumatına görə, psixoloqlar ailə münaqişəsinin uşaqda, xüsusən həssas uşaqda psixoloji travmaya səbəb olduğunu açıqlayıblar.

Ermənistan parlamenti Serj Sərkisyana ev və ömürlük pensiya ayırdı

29 Mart 2018 15:42

Aprelin 9-da prezident səlahiyyətləri rəsmən başa çatacaq Serj Sərkisyanla bağlı Ermənistan parlamentində qapalı müzakirələr olub. Müzakirələrin yekununda S.Sərkisyanın eks-prezident kimi təminatı məsələlərinə baxılıb.