Siyavuş Novruzov: “Əgər kim istəyirsə müqavilə bağlayıb, təbliğatını apara bilər"

“Azərbaycanda seçki mühiti seçkilərin tam keçirilməsi üçün cavab verən bir mühitdir. Əgər biz birinci növbədə qanunun aliliyini götürsək görərik ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi var və bu, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun şəkildə formalaşıb”. Bunu  Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

"Azərbaycanda seçki mühiti seçkilərin tam keçirilməsi üçün cavab verən bir mühitdir. Əgər biz birinci növbədə qanunun aliliyini götürsək görərik ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi var və bu, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun şəkildə formalaşıb". Bunu  Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən indiyədək Azərbaycanda xeyli sayda seçkilər (prezident, parlament, bələdiyyə, referendum və s.) keçirilib: "O baxımdan da aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri qanun çərçivəsində qanunun özündə ehtiva olunur. Digər bir tərəfdən Azərbaycanda stabil ictimai-siyasi seçki mühiti var. Təbii ki, bu da imkan verir ki, hər bir prezidentliyə namizəd bərabər şəkildə özünün təbliğat-təşviqat kampaniyasını qursun və seçki prosesini aparsın. Seçki Məcəlləsinə uyğun olaraq Azərbaycanda prezident seçkilərində namizədliyinin irəli sürülməsi prosesi dünya ölkələrinə nisbətdə götürəndə ən asan forması məhz Azərbaycandadır. Yəni yaşı 18 tamam olan, ali təhsilli, 10 il Azərbaycanın ərazisində daimi yaşayan istənilən Azərbaycan vətəndaşı namizədliyini irəli sürə bilər.

Namizədliyin irəli sürülməsinin 3 forması var: Özü-öz təşəbbüsü ilə, seçicilərin təşəbbüs qrupu vasitəsilə və siyasi partiya, siyasi partiya bloku tərəfindən. Yəni hərtərəfli bütün qurumlar üçün şərait yaradılıb ki, əgər bu seçkidə iştirak etmək istəyirsə namizəd irəli sürsün və gələk proqramını vətəndaşlara, seçicilərə çatdırsın. Bu baxımdan da Azərbaycanda olan ictimai-siyasi sabitlik, demokratik inkişaf, insan hüquq və azadlıqlarının qorunması, mətbuat, internet azadlığı və s. hər bir şəxsin özünün tam şəkildə cəmiyyətə təqdim etməsinə imkan yaradır. O baxımdan da bu seçkilərdə bildiyiniz kimi 15 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmişdi. Həmin 15 nəfərdən hamısı qeyd alındı və onlara imza vərəqləri verildi. Onlardan 5 nəfəri həmin imza vərəqlərini geri qaytarmadı. Yerdə qalan 10 nəfər imza vərəqlərini MSK-ya təqdim etdi. Bunlardan ikisinin imzaları və digər sənədləri qanunvericiliyin tələblərinə cavab vermədiyinə görə onların namizədliyi qeydə alınmadı. Beləcə 8 nəfər namizəd artıq qeydiyyata alınıb. Onlar artıq Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində prezident kürsüsü uğrunda mübarizə aparırlar. Bunun ikinci mərhələsi təbliğat-təşviqat kampaniyasının aparılması ilə bağlıdır. Bununla bağlı hər bir namizəd təbliğatın bütün növlərindən bərabər şəkildə istifadə edir və edə də bilər. Bildiyiniz kimi yerlərdə məntəqələr qarşısında şitlər quraşdırılıb və onlar öz plakatlarını orada yerləşdirə bilərlər.

Bundan başqa hər bir rayonda qapalı və açıq yerlər müəyyənləşib ki, istənilən namizəd o qapalı və açıq yerlərdə öz təbliğatını aparmaq, seçki platformasını çatdırmaq üçün sözügedən yerlərdən istifadə etmək hüququna malikdir. Artıq namizədlər bunlardan istifadə edirlər və görüşlər keçirirlər. Eləcə də İctimai televiziya və radioda, dövlət qəzetlərində hər həftə 6 saat olmaqla 3 saat televiziya və 3 saat radioda canlı olaraq namizədlərin müxtəlif sahələr üzrə özünün mövqeyini və proqramını seçicilərə çatdırmasından ötrü tam şərait yaradılıb. O cümlədən dövlət qəzetlərində - "Azərbaycan", "Xalq", Bakinski-Raboçi"də bu şərait onlara yaradılıb. Namizədlərə ödənişsiz hüquq verilib ki, onlar üç həftə ərzində proqramlarını, platformasını, plakatlarını orada yerləşdirə bilsinlər. Bununla belə ödənişli efir vaxtı İctimai televiziyada və özəl kanallarda müəyyənləşib. Əgər kim istəyirsə müqavilə bağlayıb öz təbliğatını orada apara bilər.

Həmçinin bildiyiniz kimi bu gün yeni texnologiyalar dövrüdür. Dünyanın hər yerində bu texnologiyalardan istifadə olunur. Azərbaycanın ən ucqar dağ kəndlərində internet fəaliyyət göstərir. İstənilən internet portalları, saytları və yaxud da qəzetlərində, eləcə də internet televiziyaları ilə müqavilə bağlayıb öz təbliğatlarını apara bilərlər. Qeyd etmək istərdim ki, Azərbaycanda kifayət qədər internet istifadəçisi var. Hətta bu yarım, bir milyonu belə ötüb. Bir sözlə hər bir namizəd üçün bərabər şərait yaradılıb. Bugünkü günə qədər istər imzatoplama kampaniyasında, istər namizədliyin irəli sürülməsində və s. digər məsələlərdə heç bir namizədin bununla bağlı müvafiq şikayəti yoxdur. MSK-ya, dairə seçki komissiyalarına və məhkəmələrə elə bir müraciət daxil olmayıb. ATƏT-in nümayəndələri və "exit-poll" aparan qruplarla namizədlərin görüşləri keçirilib. Bütün namizədlər bildiriblər ki, imzatoplama zamanı heç bir müdaxiləyə rast gəlinməyib və MSK tərəfindən hər bir namizədə lazım olan köməklik və dəstək göstərilib". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31