Aşıq Şəmşirin 125 illik yubileyi qeyd olundu

Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində “Aşıq Şəmşirin şeir dünyası” adlı ədəbi musiqili konsert keçirilib. Layihə Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilir. 

Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Aşıq Şəmşirin şeir dünyası" adlı ədəbi musiqili konsert keçirilib.

Layihə Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilir. 

Olaylar.az bildirir ki, gecənin ssenari müəllifi  Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Aşıqlar Birliyinin katibi Sənubər Bağırova çıxış edərək Dədə Şəmşir yaradıcılığından,aşıq sənətindəki görkəmli yerindən, yaratdığı aşıq havalarından  və şeirlərinin bədii estetik xüsusiyyətlərindən söhbət açıb. 

Gecədə aşıqlardan Mirəli Mehdiyev, Roman Azaflı, Cahangir Quliyev, İlham Aslanbəyli, Altay Məmmədli, Neymət Qasımlı, Gülara Azaflı, Vüqar Qurbanov, Qaracan Borçalı, Şöhrət Kərimovun ifasında aşıq Şəmşirin "Qurbanın", "Könül", "Bülbül", "Anam yadıma düşdü", "Məni", "Sənsiz", "Dəysin", "Birdə gül", "Dağlar", "Oğluyam" şeirlərini müxtəlif aşıq havaları üstündə  səsləndiriblər.

Konsert aşıq musiqisini,saz-söz sənətini sevənlər tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin  "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində  növbəti konsert  aprelin 12- də "Yada salaq Aşıq Ədaləti" baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31