“Xocalı dərsi” filmi təqdim olundu
Martın 29 – da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə “ARB Aran” və “Qulp Studio” nun birgə lentə aldığı “Xocalı dərsi” sənədli filminin təqdimatı keçirildi. Təqdimatda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, QHT nümayəndələri, media kapitanları və Xocalı sakinləri iştirak ediblər.
29 Mart 2018 17:52 SiyasətMartın 29 - da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə "ARB Aran" və "Qulp Studio" nun birgə lentə aldığı "Xocalı dərsi" sənədli filminin təqdimatı keçirildi. Təqdimatda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, QHT nümayəndələri, media kapitanları və Xocalı sakinləri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin İctimai - siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun məsləhəti əsasında əməkdar jurnalist Mübariz Əsgərovun ssenari müəllifliyi və rejissorluğu ilə çəkilən filmdə "Xocalı soyqırımı, səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" kitabındakı faktlardan istifadə olunub.
Tədbiri giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirdi ki, 45 dəqiqəlik "Xocalı dərsi" filmində 1992 - ci il fevralın 25 -dən 26 -na keçən gecə və sonrakı günlər erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində həyata keçirdiyi soyqırımın dünya mətbuatında necə işıqlandırıldığı, Heydər Əliyev Fondunun vitse -prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində aparılan təbliğat işləri və nəticədə xarici ölkələrin bu soyqırımı tanıması haqqında ətraflı məlumat verilir.
"Məhz bu tədbirlərdən sonra Ankara, Berlin, İzmir, Kocaeli, Sakarya, Uşak, Sarayevo, Haaqa, Mexikoda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş abidələr qoyulub, soyqırımın Bosniya və Hersoqovina, Sudan, Şotlandiya, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, İndoneziya, ABŞ -ın 20 ştatı tərəfindən tanınıb və pislənilib.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev vurğuladı ki, saxta sovet ideologiyası nəticəsində tariximiz unudulub, gənc nəsillər bu həqiqətlərdən zamanında xəbər tuta bilməyib: "Bunun da acı nəticələrindən biri azərbaycanlılara qarşı bu faciələrin, etnik soyqırımların yenidən törədilməsidir. Erməni faşistlərinin törətdikləri bu əməllərin ifşa olunması üçün çox işlər görməliyik. Bunun üçün Azərbaycanda ardıcıl işlər görülür. Azərbaycan prezidenti də bu ilin yanvarında müvafiq fərman imzalayıb. Bu istiqamətdə KİV-in və QHT-lərin fəaliyyətləri də öz töhfəsini verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası Xocalı soyqırımının tanınmasına mühüm töhfə verir. İslam Əməkdaşlıq Təşkilatı, ABŞ-ın 20 ştatı və bir sıra ölkələr Xocalı soyqırımını tanıyıb.Kütləvi informasiya vasitələri də bu istiqamətdə işlər görür, inanırıq ki, bundan sonra da belə olacaq".
Ərəstun Mehdiyev gələcəkdə "Xocalı dərsi" sənədli filminin əsasında bədii film də çəkilə biləcəyini qeyd etdi.
Daha sonra "Xocalı dərsi" sənədli filmi nümayiş olundu. Filmdə erməni işğalçılarının Xocalıya basqın etdiyi gecə 4 gün meşədə gizlənən bir ailənin çəkdiyi əzablardan da söhbət açılır. Hadisənin canlı şahidi olan Xocalı sakini Sənəm Abdullayeva o dəhşətləri xatırlayaraq dinc əhalinin başına gətirilən müsibətlərdən danışıb, anası, atası və 16 yaşlı kiçik bacısının meşədə öldüklərini bildirib. Xocalıdan olan ailənin sağ qalan üzvlərini ermənilər əsir götürüb, bir müddətdən sonra Azərbaycan tərəfinin apardığı danışıqlar nəticəsində onlar azad ediliblər.
Sənədli filmdə Ə.Həsənovun Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı fikirləri yer alıb. Bu soyqırıma görə erməni faşistlərinin cəzalandırılmasının zəruriliyini qeyd edən Ə.Həsənov bildirib ki, Xocalı soyqırımı və Azərbaycan xalqına qarşı törədilmiş heç də bundan geri qalmayan soyqırımlar ermənilərin üzərində olan bir çirkabdır və onlar heç zaman bundan təmizlənə bilməyəcək. PA rəsmisi bildirib ki, ATƏT-Minsk Qrupunun həmsədrləri işğalçı Ermənistana ciddi təzyiq göstərmirlər. PA rəsmisi qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası yüksək qiymətləndirilir.
Sonra filmə baxış olub və digər natiqlər öz rəylərini bildiriblər.
Ay An