Gündəm

Zamiq ikinci dəfə evlənir

3 Aprel 2018 10:28

Müğənni Zamiq Hüseynov ikinci dəfə ailə qurmağa hazırlaşır. Sənətçinin toy mərasimi mayda, Bakının dəbdəbəli şadlıq saraylarından birində keçiriləcək. Hüseynovun ailə qurduğu şəxs isə bir müddət əvvəl mediada fotosu yayılan Aydan adlı xanımdır. Uzun müddət Rusiyada yaşayan Aydan iki ildən çoxdur Azərbaycana köçüb. O, bir müddət sonra Zamiqlə tanış olub.

"YouTube"un işində problem yaranıb

3 Aprel 2018 10:27

Dünyanın bir çox yerində istifadəçilər “YouTube” videoservisinin işində problemlərin olduğunu bildirirlər. Bu barədə internet-resursların işini izləyən “Downdetector” bildirir. “Downdetector”un məlumatında deyilir: “2 aprel 2018-ci il saat 22:55:24-də “Youtube”da problemlər var”.

Çikaqoda əhali Trampa etiraz edir

3 Aprel 2018 10:26

Amerikanın ən böyük ştatlarından biri olan İllinoys ştatının Çikaqo şəhərində əhali ABŞ prezidenti Donald Trampa etiraz məqsədilə küçələrə çıxıb. Əhali D.Trampın yürütdüyü mənasız sityasətə və hüquq-mühafizə orqanlarının xalqla kobud rəftarına etiraz ediblər.

“Testene-Art” II Beynəlxalq  İncəsənət festival-müsabiqəsinə yekun vuruldu

3 Aprel 2018 10:24

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə keçirilən “Testene-Art” II Beynəlxalq  İncəsənət festival-müsabiqəsinə yekun vurulub. Olaylar.az bildirir ki, Mərdəkan Mədəniyyət Sarayında keçirilən tədbirdə ilk öncə  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək, qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycanla yanaşı İtaliya, Rusiya, İsrail və digər ölkələrdən müsabiqəyə 300-ə yaxın iştirakçı qatılıb. Bu festivalın ölkələrarası mədəniyyətin inkişafına öz töhvəsini verdiyini vurğulayıb.

"Qırmızı kitab"a düşən ağaclar kəsildi 

3 Aprel 2018 10:05

Bərdədə qanunsuz ağac kəsənlər saxlanılıb. Saat 21:00 radələrində bir qrup şəxs rayonun Koroğlu küçəsində olan şam və çinar ağaclarını kəsməyə başlayıb. Sakinlərin verdiyi məlumata görə, bu zaman 50 şam ağacı və 3 “Qırmızı kitab”a düşmüş xan çinar ağacı, eləcə də 40-a qədər gül kolu və 15 ədəd digər ağac növləri kəsilib.

Məşhur futbolçunun “1 Aprel” zarafatı ölkəni AYAĞA QALDIRDI

3 Aprel 2018 09:33

Dünyanın məşhur hücumçularından biri, hazırda karyerasını “Konyaspor”da davam etdirən Samuel Eto`Onun “1 Aprel” zarafatı ölkəsində böyük səs-küyə səbəb olub.

Uşaq Kitabı Gününü qeyd edildi

3 Aprel 2018 09:32

Azərbaycan Respublikasının Preidenti yanında Bilik Fondu 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 233 nömrəli tam orta məktəbdə tədbir keçirib. “Ucalığa aparan yol kitabdan başlanır” mövzusunda ədəbi-bədii tədbiri giriş sözü ilə Bilik Fondunun Qaradağ rayonu üzrə nümayəndəsi Samirə Musayeva açıb və iştirakçılara kitabın əhəmiyyətindən, mütaliənin uşaqların inkişafında rolundan danışıb.

Xəzərdə zəlzələ

3 Aprel 2018 09:27

Səfirliyin iki əməkdaşına qarşı SUİ-QƏSD

3 Aprel 2018 09:26

Yunanıstanın hüquq-mühafizə orqanları İranın Afinadakı səfirliyinin iki əməkdaşına qarsı sui-qəsd faktı üzrə araşdırmaya başlayıb. Naməlum şəxs İran səfirliyinin binası yanında iki nəfəri öldürmək niyyəti ilə yaralayıb. Aprelin 1-də şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxs 47 yaşlı İran vətəndaşıdır.

İrəvanın mərkəzində PARTLAYIŞ - Yaralananlar var - VİDEO

3 Aprel 2018 09:24

Hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Partlayış “Burger King” kafesində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Bilik Fondu ilk dəfə səs verəcək gəncləri  maarifləndirir

3 Aprel 2018 09:23

Aprelin 11-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və yerli icra hakimiyyəti orqanlarının təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə silsilə tədbirlər davam edir. Olaylar.az bildirir ki, Sabirabad Gənclər Evində təşkil olunan regional görüşə Kürdəmir və Hacıqabul rayonlarının ilk dəfə səs verəcək gəncləri də qatılıblar. 

Görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında qırğız və rus dillərində kitab çap olunub

3 Aprel 2018 09:16

Bişkekin “Turar” nəşriyyatında Hidayətin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev haqında “Mir Cəlal dünyasından sətirlər” esse-xatirə kitabı qırğız və rus dillərində nəşr edilib. On iki il əvvəl Azərbaycan dilində işıq üzü görən kitabı qırğız dilinə Bekten Dıykanbay, rus dilinə isə Səyavuş Məmmədzadə tərcümə edib.