Zamiq ikinci dəfə evlənir
Müğənni Zamiq Hüseynov ikinci dəfə ailə qurmağa hazırlaşır. Sənətçinin toy mərasimi mayda, Bakının dəbdəbəli şadlıq saraylarından birində keçiriləcək. Hüseynovun ailə qurduğu şəxs isə bir müddət əvvəl mediada fotosu yayılan Aydan adlı xanımdır. Uzun müddət Rusiyada yaşayan Aydan iki ildən çoxdur Azərbaycana köçüb. O, bir müddət sonra Zamiqlə tanış olub.
3 Aprel 2018 10:28 MədəniyyətMüğənni Zamiq Hüseynov ikinci dəfə ailə qurmağa hazırlaşır.
Sənətçinin toy mərasimi mayda, Bakının dəbdəbəli şadlıq saraylarından birində keçiriləcək.
Hüseynovun ailə qurduğu şəxs isə bir müddət əvvəl mediada fotosu yayılan Aydan adlı xanımdır. Uzun müddət Rusiyada yaşayan Aydan iki ildən çoxdur Azərbaycana köçüb. O, bir müddət sonra Zamiqlə tanış olub. Cütlüyün sevgi münasibəti bir ildən artıqdır davam edir.
Qeyd edək ki, Zamiqin ilk evliliyi 2009-cu ildə Nigar Rəfiyeva ilə olub. Onların evlilikləri bir neçə ay çəkib.



Oxu.az