Uşaq Kitabı Gününü qeyd edildi

Azərbaycan Respublikasının Preidenti yanında Bilik Fondu 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 233 nömrəli tam orta məktəbdə tədbir keçirib. “Ucalığa aparan yol kitabdan başlanır” mövzusunda ədəbi-bədii tədbiri giriş sözü ilə Bilik Fondunun Qaradağ rayonu üzrə nümayəndəsi Samirə Musayeva açıb və iştirakçılara kitabın əhəmiyyətindən, mütaliənin uşaqların inkişafında rolundan danışıb.

Azərbaycan Respublikasının Preidenti yanında Bilik Fondu 2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 233 nömrəli tam orta məktəbdə tədbir keçirib. "Ucalığa aparan yol kitabdan başlanır" mövzusunda ədəbi-bədii tədbiri giriş sözü ilə Bilik Fondunun Qaradağ rayonu üzrə nümayəndəsi Samirə Musayeva açıb və iştirakçılara kitabın əhəmiyyətindən, mütaliənin uşaqların inkişafında rolundan danışıb.

Fondun İnformasiya Təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı əvvəlcə aprel döyüşlərinin 2-ci ildönümü və Kəlbəcər rayonunun erməni qəsbkarları tərəfindən işğalı ilə bağlı məlumat verib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra natiq məktəblilərə "Ədəb ədəbiyyatdan başlanır" mövzusunda mühazirə deyib. Mühazirə dinlənildikdən sonra tədbir müzakirə formasında davam edib.

Sonda məktəblilərə Bilik Fondunun hədiyyəsi - 50 adda uşaq ədəbiyyatı paylanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31