Bilik Fondu ilk dəfə səs verəcək gəncləri  maarifləndirir

Aprelin 11-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və yerli icra hakimiyyəti orqanlarının təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə silsilə tədbirlər davam edir. Olaylar.az bildirir ki, Sabirabad Gənclər Evində təşkil olunan regional görüşə Kürdəmir və Hacıqabul rayonlarının ilk dəfə səs verəcək gəncləri də qatılıblar. 

Aprelin 11-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və yerli icra hakimiyyəti orqanlarının təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə silsilə tədbirlər davam edir.

Olaylar.az bildirir ki, Sabirabad Gənclər Evində təşkil olunan regional görüşə Kürdəmir və Hacıqabul rayonlarının ilk dəfə səs verəcək gəncləri də qatılıblar. 

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirin mahiyyəti barədə ümumi məlumat verərək, qonaqları iştirakçılara təqdim edib. Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun MSK və icra hakimiyyətləri ilə birgə "İlk dəfə səs verirəm" mövzusunda keçirdiyi silsilə maarifləndirici görüşləri xatırladaraq, belə tədbirlərin nəticəsində gənclərin hüquqi bilgilər qazandıqlarını deyib. 

Görüşdə "Seçki qanunvericiliyi: hüquqlarımız, vəzifələrimiz və mənəvi borcumuz" mövzusunda məruzə edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor Fəxrəddin Nağıyev seçki prosesində ilk dəfə iştirak edəcək gənclərin hüquq və vəzifələrindən danışıb, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin bir sıra müddəalarının mahiyyətini tədbir iştirakçılarına açıqlayıb.

63 saylı Sabirabad birinci seçki dairəsinin katibi Azər Hüseynov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Kürdəmir icra nümayəndəsinin müavini Məhəmməd Bağırov, Hacıqabul rayonu, Nəvai qəsəbəsi 2 nömrəli məktəbin direktoru Zaur Qasımov çıxış edərək,  təmsil etdikləri bölgələrdə seçkilərə hazırlıqla bağlı məlumat veriblər. Bildirilib ki, Azərbaycan gənclərinin seçkidə iştirakı onların parlaq gələcəyinin təminatı olacaq, seçmək hüququndan istifadə isə siyasi mədəniyyətin vacib komponentidir.

Çıxışlardan  sonra  iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31