Gündəm

Mart ayında 6 989 müraciət daxil olub

3 Aprel 2018 11:46

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin mart ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. İdarədən “OLAYLAR”-a bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə, 6 989 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Şahmat haqqında kitab

3 Aprel 2018 11:29

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən C.Naxçivanski adına Hərbi Liseyin müəllimi olmuş Vəli Vəliyevin vəfatının bir illiyi ilə əlaqədar onun “Şahmat milyonlarla insanın sevimli oyunudur” kitabı nəşr olunub.

Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

3 Aprel 2018 11:26

Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. Onlar 58 beynəlxalq təşkilatı təmsil etməklə 59 ölkənin vətəndaşlarıdır.

Bişkekdə toyda zəhərlənənlərin sayı 220-yə çatıb

3 Aprel 2018 11:24

Qırğızıstan paytaxtındakı restoranlardan birində toy mərasimi zamanı zəhərlənənlərin sayı 220-yə çatıb. Məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Bundan əvvəl Bişkekdə tibbi yardıma toy mərasimində iştirak edən 150-dən çox şəxs müraciət etmişdi.

Fələstin liderinin şok taktikası: milyonlarla silahsız insan...

3 Aprel 2018 11:20

İsrail dövləti qurulduqdan bu yana ən böyük sınaqlardan biri ilə qarşı-qarşıyadır: Qəzza zolağındakı etiraz hərəkatı fələstinliləri 1948-ci ilə qədər yaşadıqları ərazilərə güc yolu ilə qaytarmaq istəyir.

Moskvanın görünməz bombaları Qərbi qorxuya saldı

3 Aprel 2018 11:19

Rusiyanın bu il öz silahlanmasına “Drel” aviasiya bombasını qəbul etmək istəməsi Kreml tərəfindən növbəti aqressiya siqnalı kimi qəbul edilməlidir.

Məşhur azərbaycanlı müğənni canlı yayımda yıxıldı: Pis vəziyyət düşdü- VİDEO

3 Aprel 2018 11:15

 Space Tv-nin “Hər səhər” verilişinə qonaq olan Almaz ələskərli çətin anlar yaşayıb. Xanım ifaçı yemək sürəsinə keçərkən yıxılıb. Gərgin anlar yaşayan ifaçı və aparıcınının həmin anları kadrlara da düşüb.

Mirşahin Aytəkin Alxaslıya yeni kanalında iş verməyib

3 Aprel 2018 11:13

Sosial şəbəkələrdə tanınmış jurnalist Aytəkin Alxaslının skuterlə qəzaya düşdüyü anın görüntüləri yayılıb.  Hadisə illər öncə baş versə də, jurnalist bir anda sosial mediada müzakirə predmetinə çevrilib. A.Alxaslı hazırda saytlardan birində bölgə müxbiri işlədiyini deyib. O, buna baxmayaraq, hələ də televiziyada işləmək istədiyini bildirib. Jurnalist, həmçinin qeyd edib ki, Mirşahin Ağayev yeni açdığı Real TV-yə onu dəvət etməyib. 

Masazırda duz gölünün daşması ilə bağlı RƏSMİ AÇIQLAMA

3 Aprel 2018 11:12

Abşeronda rayonunda Masazır qəsəbəsi ərazisində duz gölünün daşması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Tarix Muzeyinə Şərq xalçası hədiyyə olundu

3 Aprel 2018 10:52

Bu yaxınlarda İsraildə yaşayan həmyerlimiz Rauf Şalikoyeviç Zarbailov Şərq mədəni irsinin nümunəsi olan Əfqanıstan xalçasını AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.

Məşhur müğənnidən ŞOK SÖZLƏR: Qadınlar nə üçün daim eyni kişi ilə yatmalıdır?

3 Aprel 2018 10:50

Yunan mahnılarının veteran ifaçılarından sayılan türkiyəli müğənni Fedon hesab edir ki, artıq kişilər 50 il bir qadına dözmək məcburiyyətində deyil. O, “Posta” qəzetinə verdiyi müsahibəsində şəxsi həyatı haqqında gözlənilməz və mübahisələrə səbəb olan sözlər dilə gətirib. 72 yaşlı müğənninin fikrincə, ailə institutları artıq aradan qaldırılmalıdır.

“Suvar” ansamblı konsert proqramı ilə çıxış edəcək - Sarayda

3 Aprel 2018 10:34

Mayın 7-də Heydər Əliyev Sarayında “Suvar” ləzgi və rəqs ansamblı konsert proqramı ilə çıxış edəcək. “Konsert Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunacaq. Tədbir “Samur” Ləzgi Milli Mərkəzinin dəstəyi ilə keçiriləcək. Musiqili gecədə Azərbaycan estradasının ulduzları da səhnəyə çıxacaqlar”, - deyə Z.Nəcəfov bildirib.

Samirlə Nigar arasında qalmaqal: "Eldarın yanında tanındı, yoxsa..."

3 Aprel 2018 10:29

Şou-biznesdə növbəti qalmaqal müğənni Nigar Camalla Samir Piriyev arasında yaşanıb.  Nigarın Samiri tanımadığını deməsi qarşı tərəfi özündən çxıarıb.  Piriyev sosial şəbəkədə sənətçiyə cavab verib və onu yalan danışmaqda ittiham edib: