Samirlə Nigar arasında qalmaqal: "Eldarın yanında tanındı, yoxsa..."
Şou-biznesdə növbəti qalmaqal müğənni Nigar Camalla Samir Piriyev arasında yaşanıb. Nigarın Samiri tanımadığını deməsi qarşı tərəfi özündən çxıarıb. Piriyev sosial şəbəkədə sənətçiyə cavab verib və onu yalan danışmaqda ittiham edib:
3 Aprel 2018 10:29 MədəniyyətŞou-biznesdə növbəti qalmaqal müğənni Nigar Camalla Samir Piriyev arasında yaşanıb.
Nigarın Samiri tanımadığını deməsi qarşı tərəfi özündən çxıarıb.
Piriyev sosial şəbəkədə sənətçiyə cavab verib və onu yalan danışmaqda ittiham edib:
"Azərbaycanda müğənnilik edəsən və yetərincə tanınan sənətçini tanımayasan?
Yaxşı ki, bir dənə Avroviziya oldu. Eldarın yanında (Eldar Qasımov - red.) əlində bayraq qaçdı və tanındı. Yoxsa bu xanım necə məşhur olardı?
Məni Aygün Kazımova tanıyır - Azərbaycanın divası, bir nömrəli ulduzu... Nigar Camal tanımasa da olar".
Qeyd edək ki, Nigar "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasında olarkən Samiri onluqdan uzaqlaşdırmışdı və onu tanımadığını demişdi.