Mirşahin Aytəkin Alxaslıya yeni kanalında iş verməyib

Sosial şəbəkələrdə tanınmış jurnalist Aytəkin Alxaslının skuterlə qəzaya düşdüyü anın görüntüləri yayılıb.  Hadisə illər öncə baş versə də, jurnalist bir anda sosial mediada müzakirə predmetinə çevrilib. A.Alxaslı hazırda saytlardan birində bölgə müxbiri işlədiyini deyib. O, buna baxmayaraq, hələ də televiziyada işləmək istədiyini bildirib. Jurnalist, həmçinin qeyd edib ki, Mirşahin Ağayev yeni açdığı Real TV-yə onu dəvət etməyib. 

Sosial şəbəkələrdə tanınmış jurnalist Aytəkin Alxaslının skuterlə qəzaya düşdüyü anın görüntüləri yayılıb. 

Hadisə illər öncə baş versə də, jurnalist bir anda sosial mediada müzakirə predmetinə çevrilib. A.Alxaslı hazırda saytlardan birində bölgə müxbiri işlədiyini deyib. O, buna baxmayaraq, hələ də televiziyada işləmək istədiyini bildirib. Jurnalist, həmçinin qeyd edib ki, Mirşahin Ağayev yeni açdığı Real TV-yə onu dəvət etməyib. 

"Təklif gəlsə belə, nə qərar verəcəyim barədə bir söz deyə bilmərəm. Başqa işlərdə işləmək istəmirəm. Televiziyada işləmək istəyərəm, arzu heç vaxt tükənmir, özümü doğma olan kollektivdə, ANS-çilərlə bağlı kollektivdə görmək istəyərəm. Hazırda ANS-çi olaraq qalsam, daha yaxşıdır". AzVision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31