Gündəm

Jurnalist generalın yanında yıxıldı – General arxasınca qaçdı – AZƏRBAYCANDA

3 Aprel 2018 12:12

Dünən sosial şəbəkələrdə jurnalist Aytəkin Alxaslının qəzaya düşdüyü görüntülər yayılıb. Məlumata görə, jurnalist skuteri idarə etmək qərarına gəlib. Lakin telejurnalistin bu cəhdi uğursuz alınıb və qəzaya uğrayıb. Xoşbəxtlikdən Aytəkin ciddi xəsarət almayıb.

İrəvanda kafedə partlayışda yaralanan iranlı xanım evə buraxıldı

3 Aprel 2018 12:09

İrəvanda "Burger King" kafesində baş verən partlayışda xəsarət alaraq xəstəxanaya yerləşdirilən İran vətəndaşı Zeynən Hüseyni bu gün xəstəxanadan buraxılıb. Ötən gün baş verən partlayış nəticəsində 8 nəfər xəsarət almışdı.

Yıldırım Avropanı gözləyən bəladan danışdı: "Türkiyə qaçqınların qarşısını almasa..."

3 Aprel 2018 12:06

Əgər Türkiyə Avropa İttifaqına (Aİ) qaçqınların axınının qarşısını saxlamasa, Avropanı böyük problemlər gözləyir. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. B.Yıldırım qeyd edib ki, əgər Türkiyə qaçqınların qarşısını kəsməsə, qaçqın adı altında terrorçular da Avropaya gələcək. Baş nazir əlavə edib ki, özünə qarşı ikili standartlara rəğmən Türkiyənin qaçqınları yerləşdirdiyinə görə Aİ ona minnətdar olmalıdır.

Aprel şəhidlərinin siyahısı Milli Rəqəmsal Yaddaş bazasına daxil edildi

3 Aprel 2018 12:04

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olan hərbçilərimizin siyahısı və onlar haqqında məlumatlar Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilib. Bundan əlavə, Azərbaycanın Milli Qəhrəmanları, Əfqanıstan müharibəsi və Qarabağ döyüşlərində həlak və şəhid olan azərbaycanlıların siyahısı da bu bazaya əlavə olunub.

Türkiyəli aktyorun afrikalı pərəstişkarları

3 Aprel 2018 12:03

Dünyanın dörd bir tərəfində maraqla izlənilən türk serialları bu dəfə Afrika vətəndaşlarının diqqət mərkəzində olub. Olaylar.az bildirir ki, “Asla vazgeçmem” serialının əsas qəhrəmanı Tolqahan Sayışmanın Anqolaya səfəri böyük maraqla qarşılanıb. Havalimanında izdihamla qarşılanan aktyorun bu səfərində məqsəd  məhz pərəstişkarları ilə görüşmək olub.

“Orduya müxalifətçilk Vətənə müxalifətçiliyə bərabərdir”

3 Aprel 2018 12:01

“Erməni puluna satılmış rusiyalı deputat Konstantin Zatulin Ermənistanda yaranmıış anti-Rusiya ovqatını bir az yumşaltmaq üçün bildirib ki, Rusiyadan Azərbaycana satılan silahlar o qədər də mofidikasiyalı deyil”.

XİN-dən Qoşulmama Hərəkatının bəyanatı ilə bağlı açıqlama

3 Aprel 2018 12:00

"Qoşulmama hərəkatının bəyanatlarında Ermənistan-Azərbyacan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar xüsusi bir bənd və müddəa var”. “Olaylar” xəbər verir ki, xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Bu rayonlara içməli su məhdudiyyətlə veriləcək

3 Aprel 2018 11:58

Aprelin 3-də gün ərzində paytaxtın Abşeron, Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.

Cəbhədən son xəbər

3 Aprel 2018 11:57

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası qalib olub

3 Aprel 2018 11:56

13-14 yaşlı  boksçular arasında ölkə birinciliyi keçirilib. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 19 çəki dərəcəsi üzrə 50-yə yaxın komandanın, 294 nəfər idmançının qatıldığı yarışda “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası 6 qızıl, 2 gümüş və 4 bürünc medal  qazanaraq komanda hesabında birinci yeri tutub.

Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

3 Aprel 2018 11:55

Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək. “OLAYLAR”- a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, 16/15 saylı Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək. 

Bakıda aktrisa masaj salonuna getdi - Əxlaqsız təklif aldı - "Paltarları çıxara bilərsinizmi?" - GİZLİ ÇƏKİLİŞ

3 Aprel 2018 11:52

"Space" televiziyasının "Xəbərlər" departamentinin əməkdaşları Bakıda qadınlara masaj xdməti adı altında əxlaqsız təkliflər edən şəxsləri ifşa edib. Bu işdə onlara aktrisa Pərvanə Qafarova kömək edib.

Nəsimi rayonunda 2 aprel döyüşlərinin şəhidləri yad edilib

3 Aprel 2018 11:50

Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyi Nəsimi rayon şöbəsi 2016-cı ilin Aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə tədbir keçirib.

Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı barədə hesabat hazırlanıb

3 Aprel 2018 11:48

Bakı şəhərinin 2017-ci il üzrə elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı barədə hesabat hazırlanıb. Energetika Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, hesabata əsasən ötən il əvvəlki illərlə müqayisədə Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı üzrə yüksək göstəricilərə nail olunub. Belə ki, Bakı şəhəri üzrə 2017-ci il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,87 saat təşkil edib. Orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,98 dəfə olub.