Nəsimi rayonunda 2 aprel döyüşlərinin şəhidləri yad edilib

Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyi Nəsimi rayon şöbəsi 2016-cı ilin Aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə tədbir keçirib.

Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyi Nəsimi rayon şöbəsi 2016-cı ilin Aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə tədbir keçirib. "Olaylar" xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan "Azərbaycan əsgəri" mahnısı və klipi tədbir iştirakçılarına təqdim olunub. Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Azər Quliyev Vətən ovladlarının torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri qəhrəmanlıq və şücaətlərindən danışıb. Bildirib ki, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə çıxış edərək bildirib ki, aprel döyüşlərində qazanılan qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin tərkib hissəsidir. Qeyd edib ki, rayonun orta və ali məktəblərində, xüsusilə tarix və ədəbiyyat dərslərində aprel döyüşlərindən geniş bəhs edirlər. Həmçinin diqqətə çatırıb ki, rayonun bütün təhsil ocaqlarında "Qələbəyə gedən yol" adlı hərbi vətənpərvərlik tədbirləri keçirilir. Şəhid anası Lətifə Novruzova, Aprel döyüşlərinin iştirakçısı kapitan Ramal İbrahimov və digər çıxış edənlər də yeniyetmələrdə qəhrəmanlıq hisslərinin gücləndirilməsinin vacibliyindən danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31