Gündəm
Cengiz Ündərdən "Roma"ya yaxşı xəbər
Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona"nı qəbul edəcək "Roma" yaxşı xəbər alıb. Paytaxt klubu Cengiz ünderin xidmətindən istifadə edə biləcək. Komanda ilə birgə məşqlərə başlayan 21 yaşlı yarımmüdafiəçi meydana çıxmağa hazırdır.
Şiddətli baş ağrılarından qurtulmağın ƏN TƏBİİ YOLLARI - MÖCÜZƏVİ 5 ÜSUL
Türkiyəli deputat: "Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçiriləcəyinə əminəm"
İnanırıq ki, Azərbaycanda prezdent seçkiləri demokratik şəraitdə, insan hüquqlarına hörmət prinsiplərinə uyğun şəkildə keçiriləcək. Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin deputatı, Milliyyətçi Hərəkat Partiyası təmsilçisi Atilla Kaya bildirib.
Gündə 1 kivi yesəniz, orqanizmdə nə baş verəcək? - İNANILMAZ NƏTİCƏLƏR
Kivi populyar olsa da, çox sevilən sitrus meyvələri siyahısına daxil deyil. İnsanlar adətən alma, banan, portağal və digər meyvələrə üstünlük verir. Və çox nahaq yerə, çünki bu məhsul orqanizm üçün faydalı xassələrlə zəngindir.
PKK açıqladı: ABŞ-la razılığa gəldik
Türkiyə tərəfinin Menbiçlə bağlı açıqlamalarından dolayı narahat olduq və ABŞ hərbçiləri ilə görüşdük. Bu sözləri PKK-nın Suriya qolu YPG-nin komandanı Əbu Adil Rusiya mətbuatına açıqlamasında deyib.
Fransada sığınacaq almaq istəyənlərin statistikası açıqlandı
Azərbaycan vətəndaşlarından 2017-ci ildə Fransada sığınacaq almaq üçün 472 müraciət edilib. Bu məlumat Fransanın Qaçqınların və Vətəndaşlığı olmayan şəxslərin Müdafiəsi İdarəsinin (OFPRA) dərc edilmiş illik hesabatında göstərilib.
Cem Yılmazdan yeni film gəlir
Aktyor Cem Yılmaz "Arif V216" filmindən sonra yeni layihə üzərində işləməyə başlayıb. Yumor ustası yeni film müjdəsini İnstaqram hesabında verib: "Əziz kinosevərlər! Yeni film fikrim "Karakomik filmlər"dir.
Azərbaycanlı hakim Avropa çempionatına təyinat aldı
FİFA referi köməkçisi Rza Məmmədov Avropa çempionatına təyinat alıb. O, İngiltərədə keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində hakimlik edəcək.
“KİV-lər nüvə silahından daha güclüdür”
“Kütləvi informasiya vasitələri silaha çevrilib. Bu, nüvə silahından daha güclüdür. Çünki kiçik enerji şəklində bir xəbər bütün planeti əhatə edir”. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko ölkə KİV-lərinin rəhbərləri ilə görüşdə müasir dünyada kütləvi informasiya vasitələrinin təsirinin artan rolundan danışarkən deyib.
Bakıda binanın bütün sakinləri eyvandan bayraq asıb - Foto
Bakıda yaşayış binalarından birinin sakinləri sabahkı prezident seçkilərinə yüksək əhval-ruhiyyədə hazılaşır. Səbail rayonu, Bünyad Sərdarov küçəsi 22 ünvanının sakinləri eyvandan bayraq asıblar.
İranda 3 yaşlı uşağı döyərək öldürən ögey ata edam edilib
Rusiyada rüşvətə görə 13 universitet müəllimi saxlanılıb
Rusiyanın Volqoqrad şəhərində özəl ali təhsil müəssisəsinin dekan və müəllimləri polis tərəfindən saxlanılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən bir neçə il müddətində şübhəli şəxslər tələbələrdən sessiya zamanı yaxşı qiymət qarşılığında pul alıblar. Axtarışdan sonra 13 nəfər saxlanılıb. Məlum olub ki, cinayət şəbəkələşməsinin təşkilatçısı hüquq fakültəsinin dekanıdır. İstintaq 100-ə yaxın cinayət epizodunu qeydə alıb.
Tramp Latın Amerikasına səfərini təxirə saldı
ABŞ prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə əlaqədar Latın Amerikasına səfərini təxirə salıb. Ağ evin məlumatında deyilir ki, o, Suriyadakı vəziyyətlə bağlı Vaşinqtonun atacağı addımlara rəhbərlik etmək üçün ölkədə qalmaq niyyətindədir.
Suriyadakı faciəni bu təşkilat araşdıracaq
"Gözləri götürməyənlər çoxdur" - Fatimə
"Rəqs aləmində məni gözləri götürməyənlər çoxdur. Çünki elə rəqqasələr var ki, dövlət ansamblında rəqs ediblər, indi heç yerdə yoxdular. Paxıllıqlara fikir verməyə vaxtım yoxdur". Bu sözləri rəqqasə Fatimə Fətəliyeva "ATV kulis" verilişində deyib. Sənətçi xınayaxdı mərasimlərində birinci özünün olduğunu söyləyib: "Xınayaxdı mərasimləri sırasında nömrə birəm. Bu işə gələndə mahnı oxuyacağımı bilmirdim. Sonra bir neçə müğənnilər mənə kömək oldu və mahnılarını verdilər. Mən də oxuyub, xınalarda səsləndirdim. Hətta arada menecerimə zəng vurub toya oxuyan kimi dəvət edirlər. Yaxşı qonorar versələr gedərəm".














