Türkiyəli deputat: "Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçiriləcəyinə əminəm"

İnanırıq ki, Azərbaycanda prezdent seçkiləri demokratik şəraitdə, insan hüquqlarına hörmət prinsiplərinə uyğun şəkildə keçiriləcək. Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin deputatı, Milliyyətçi Hərəkat Partiyası təmsilçisi Atilla Kaya bildirib.

İnanırıq ki, Azərbaycanda prezdent seçkiləri demokratik şəraitdə, insan hüquqlarına hörmət prinsiplərinə uyğun şəkildə keçiriləcək. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Milliyyətçi Hərəkat Partiyası təmsilçisi Atilla Kaya bildirib.

O söyləyib ki, demokratiyanın inkişafı sivil dünyada əsas şərt kimi qəbul olunur. "Azərbaycanda demokratik cəmiyyət formalaşıb. Əlbəttə ki, ədalətli seçkilər demokratiyanın tərkib hissəsidir. Ona görə də Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçiriləcəyinə əminəm", - deyə deputat vurğulayıb.

A.Kaya qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri hər keçən gün daha da inkişaf edir: "Qarşılıqlı olaraq ölkələrimizə sərmayələr qoyuruq. Bütün sahələrdə əlaqələrimiz yüksək səviyyədədir. Bütün bunlar Azərbaycanın və Türkiyənin hər sahədə birgə əməkdaşlığına dəlalət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31