Cengiz Ündərdən "Roma"ya yaxşı xəbər

Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona"nı qəbul edəcək "Roma" yaxşı xəbər alıb. Paytaxt klubu Cengiz ünderin xidmətindən istifadə edə biləcək. Komanda ilə birgə məşqlərə başlayan 21 yaşlı yarımmüdafiəçi meydana çıxmağa hazırdır.

"Roma"nın baş məşqçisi Eysebio Di Françesko gənc futbolçunun durumu haqda danışıb. O, futbolçunun start heyətdə meydana çıxıb-çıxmayacağının matçöncəsi son məşqdən sonra müəyyənləşəcəyini bildirib: "Son məşqdə özünü necə göstərəcəyindən asılı olaraq Cengizin start heyətində olub-olmayacağına qərar verəcəyik. Dünən komanda ilə birlikdə məşq etdi. Bu gün də vəziyyətinə baxacağıq". "Roma" - "Barselona" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31