Gündəm

"Neftçi"nin iki azarkeşi polis bölməsindən buraxıldı

19 Aprel 2018 16:42

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində dünən keçirilən "Neftçi" - "Qəbələ" oyunundan sonra insident baş verib. Meydan sahiblərinin azarkeşləri ilə polislər arasında qarşıdurma yaşanıb. Paytaxt təmsilçisinin məğlubiyyətini həzm edə bilməyən "Forza Neftçi" fan-klubunun üzvləri meydana petarda atıblar və təhlükəsizlik xidmətinin əməkdaşlarının buna cavabı sərt olub.

Onlar insanı necə kökəldir və necə xəstələndirir? - Sosial şəbəkələrdəki gizli təhlükə

19 Aprel 2018 16:41

Digər tərəfdən, sosial mediada çox vaxt sərf edən insanlarda  piylənmə və ya ürək  xəstəliyi riski yaranır .

“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir”

19 Aprel 2018 16:40

"Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik”.

Azərbaycanın hərtərəfli inkişafında regional proqramların əhəmiyyəti

19 Aprel 2018 16:38

Azərbaycanın bu günkü inkişafı, əldə etdiyi nailiyyətlər, iqtisadi sahədə qazandığı nailiyyətlərdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət  Proqramlarının öz xüsusi yeri və rolu var. Məlumat üçün qeyd edək ki, 2004-cü ildən mərhələli şəkildə həyata keçirilən bu proqramın artıq üçüncü mərhələsi icra edilir. Daha dəqiq desək 2014-2018-ci illəri əhatə edən bu mərhələ yekunlaşmaq üzrədir.

Prezidentin sosial siyasət kursu tədqir olunur

19 Aprel 2018 16:36

Azərbaycanda iqtisadi inkişafla sosial rifahın əlaqələndirilməsi, ölkənin iqtisadi dividentlərinin vətəndaşın rifah halının yüksəlməsinə yönəldilib. Nəticədə cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafelərinin bərabər təminatına xidmət edir. Xüsusən, Preziden İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasət Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlər ildən-ilə yüksələn xətlə davam edir.

Lev Spivak: "Azərbaycanda sabit iqtisadi və siyasi mühit gələcəkdə də davam edəcək"

19 Aprel 2018 16:35

Azərbaycanda sabit iqtisadi və siyasi mühit hökm sürür və bu gələcəkdə də davam edəcək.

Ombudsman uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını təklif edir

19 Aprel 2018 16:34

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkklili (Ombudsman) Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2017-ci il üzrə illik məruzəsində bildirilir ki, uşaq bağçalarında mövcud olan yerlərinin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır.

Müxalifət dediyin belə olar!

19 Aprel 2018 16:33

Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli təşəbbüs irəli sürdü, prezident Recep Tayyip Erdoğan da onu dəyərləndirdi. Qardaş Türkiyə 24 iyunda növbədənkənar seçkiyə gedir. Həm parlament, həm də prezident seçkisinə.

“Prezidentin debatlarda səsləndirilən təkliflərə diqqətlə yanaşması sevindirici haldır”

19 Aprel 2018 16:30

“Prezidentin səsləndirdiyi fikirləri yüksək qiymətləndiririk. Seçki kampaniyası ərzində ciddi rəqabət mühitinin olmasına baxmayaraq, bütün etik normalara əməl edən partiyanın təmsilçiləriyik. Partiyamızın sədri və prezidentliyə namizəd olmuş Qüdrət Həsənquliyev bütün debatlarda yalnız mövcud problemləri və onun həlli yolları barədə danışırdı. Bu problemlərin həllinin kimin tərəfindən həyata keçiriləcəyi bizim üçün prioritet məsələ deyil”.

Elmira Süleymanova: “Aliment fondunun yaradılması qaçılmaz zərurətdir”

19 Aprel 2018 16:29

“Aliment borcları üzrə məcburi ödəniş mexanizmi hazırlanmalı və tətbiq edilməlidir”.

Ombudsman: "Sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var"

19 Aprel 2018 16:28

“Cəmiyyətdə xüsusi narahatlıq doğuran həlli vacib məsələlərdən biri də ayrı-ayrı fərdlərin sosial şəbəkələrdən istifadəsi zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallarıdır”. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində deyilir.

Azərbaycan ədliyyəsinin 100 illiyi ilə bağlı medal təsis olunur

19 Aprel 2018 16:27

Azərbaycanda ədliyyə sisteminə həsr olunan xüsusi medal təsis edilir. Məlumata görə, bununla bağlı prezident tərəfindən Milli Məclisə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” adlı layihə təqdim olunub.

"Gömrük və gənc nəsil" mövzusunda görüş keçirilib

19 Aprel 2018 16:26

Bu gün Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən Xocavənd rayonu Tuğ kənd 1 saylı tam orta məktəbində "Gömrük və gənc nəsil" mövzusunda görüş keçirilib.

Romada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

19 Aprel 2018 16:21

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Keçmiş MTN-in şöbə rəisi cəzaçəkmə müəssisəsinə köçürüldü

19 Aprel 2018 16:11

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərov Bakı İstintaq Təcridxanasından 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.