Gündəm

Ərdoğan 55.6 faizlə lider oldu- AKP sorğusu

19 Aprel 2018 16:09

“Son sorğuda Prezident Rəcəb Tayyib Ərdoğanın səs faizi 55.6-ya bərabər olub”.

Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib

19 Aprel 2018 16:07

Respublika Narkoloji Mərkəzin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov tutduğu vəzifəsindən azad edilib. Məlumata görə, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova  açıqlamasında məlumatı təsdiqləyib.

Prezident İlham Əliyevin şəhid hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısı tükənməzdir ANALİTİK

19 Aprel 2018 16:04

Ölkə başçısı İlham Əliyevin xalqın sosial-rifah halının yaxşılaşdırılması, ümumilikdə isə, sosial mühitin daha yüksək səviyyəyə çatdırılması və bu istiqamətdə apardığı məqsədyönlü siyasət məhz belə qənaətə gəlməyə zəmin yaradır ki, bütün bunların təməlində ilk növbədə iqtisadi qüdrət amili dayanmaqdadır. Bu baxımdan, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı özündə bu kimi vacib məqamları ehtiva etməkdədir.

Sərkisyan birbaşa Bakının istəyini yerinə yetirir- İnanılmaz

19 Aprel 2018 16:04

Əslində, Ermənistanda hakimiyyətin daha gizli və hüquqdankənar ötürülməsi mexanizmi düşünüldü. İndi Azərbaycanı ən kəskin şəkildə qınamağa çalışan beynəlxalq müfəttişlərin, Avropa arealında dövlət və yaxud hökumət formalaşdırmaq istəyən məlum mərkəzlərin nədənsə Ermənistandakı parlament modelinə, həqiqətdə isə Sərkisyanın boyuna biçilən, əvvəlcə baş nazir, sonra isə dövlət başçısına çevrilməsi, 10 illik dönəm yekunlaşandan sonra isə təkrar bir ingilis kraliçası səviyyəsində prezident müəyyənləşdirib yenidən baş nazirliyə qayıtması trayektoriyasına hər hansı bir reaksiyalarının şahidi olmuruq. Yalnız departament səviyyəsində küçə və meydanlara çıxan insanların etiraz və şüarlarına müsbət yanaşma var. O biri yandan da bu məsələlərin dinc formada çözüləcəyi qeyd olunur.

Şair Ramaldanov: “Prezidentin bu addımı minlərlə ailələrin sevincinə səbəb oldu"

19 Aprel 2018 16:01

“Azərbaycan Prezidenti İlham Əliyev andiçmədən sonra hümanist addım ataraq ilk növbədə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu çox sevindirici haldır. Sevindirici haldır ona görə ki, cənab Prezident bir daha öz Fərmanı ilə göstərdi ki, Azərbaycan dövləti, Prezidenti heç nəyi unutmur və heç kim unudulmur”.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

19 Aprel 2018 15:57

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Tovuz sakini intihar edib

19 Aprel 2018 15:57

Tovuzda intihar hadisəsi baş verib. Hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1992-ci il təvəllüdlü Hacıyev Fazil Arif oğlu yaşadığı evin həyətində olan tövlədə özünü asaraq intihar edib. Onun 2-ci qrup əlil olduğu bildirilir.

"Prezidentin bu fərmanı dövlətin vətəndaşının, şəhid ailələrinin yanında olduğunu bir daha göstərdi"

19 Aprel 2018 15:54

"Prezident İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı şəhid ailələrinə, Azərbaycan vətəndaşlarına böyük qayğısının ifadəsidir". Bunu  Milli Məclisin deputatı Musa Quliyev deyib.

Xarici mətbuatda Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub - FOTO

19 Aprel 2018 15:51

Küveyt Universitetinin geniş oxucu auiditoriyasına malik həftəlik dərc olunan Afaq qəzetində Universitetin Dillər Mərkəzində təhsil alan azərbaycanlı tələbə Elnurə Süleymanovanın ərəbşünas, filologiya elmləri doktoru, şərqşünaslıq üzrə professor Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqaləsi dərc olunub.

İrəvana MÜHARİBƏ ELAN EDİLDİ

19 Aprel 2018 15:48

Ermənistan diasporu Serj Sarkisyana müharibə elan etdi. Erməni siyasi şərhçi Tevos Arşakyan Ermənistanda hakimiyyətin vəziyyətinin ağırlaşdığını yazır. O, kütləvi aksiyanın genişləndiyini, İrəvanla yanaşı, Gümrü, Vanadzor və digər şəhərlərə də keçdiyini qeyd edir: “Hətta Ermənistanın sərhədlərindən kənarda da Sarkisyana qarşı etiraz dalğası böyüyür.

“Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı bağlanır

19 Aprel 2018 15:41

Təmir işləri ilə əlaqədar “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı aprel ayının 21-dən müvəqqəti olaraq bağlanır.

ABŞ qorxulu iddianı TƏSDİQLƏDİ – Şübhələr DAĞILDI

19 Aprel 2018 15:36

Martın əvvəlində Rusiya prezidenti Vladimir Putinölkəsinin  fantastik silahlara malik olması ilə bağlı bəyanat verdi. Onun bu bəyanatını ciddi qəbul etməyən bəzi Qərb dairələri rişxəndlə bu silahları realda görmək istədiyini dəfələrlə qeyd edib. Bu silahlar içərisində isə ən ciddi müzakirə mövzusu isə hipersəs sürətli raketlərdir.

“Dünyaya sübut edə bilmişik ki, biz haqlıyıq”

19 Aprel 2018 15:35

Müstəqil Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət beynəlxalq aləmdə tədqir olunmaqdadır. Ona görə ki, Azərbaycan beynəlxalq tərəfdaşları ilə hər zaman səmimi və strateji münasibətlərin qurulmasına önəm verib. Üstəlik Azərbaycanın düşünülmüş xarici siyasəti bir sıra uğurların əldə edilməsilə nəticələnib. Xüsusən, ölkəmizin həyata keçirdiyi hücum diplomatiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın tarixi torpaqları ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli rol oynayıb.

Dövlət İmtahan Mərkəzi deputata ETİRAZ ETDİ

19 Aprel 2018 15:32

Kamilə Əliyeva Azərbaycanda fəaliyyət göstərən hazırlıq və dil kurslarını ciddi tənqid edib.