“Dünyaya sübut edə bilmişik ki, biz haqlıyıq”
Müstəqil Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət beynəlxalq aləmdə tədqir olunmaqdadır. Ona görə ki, Azərbaycan beynəlxalq tərəfdaşları ilə hər zaman səmimi və strateji münasibətlərin qurulmasına önəm verib. Üstəlik Azərbaycanın düşünülmüş xarici siyasəti bir sıra uğurların əldə edilməsilə nəticələnib. Xüsusən, ölkəmizin həyata keçirdiyi hücum diplomatiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın tarixi torpaqları ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli rol oynayıb.
19 Aprel 2018 15:35 Siyasətİlham Əliyev: "Aparıcı beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir"
Müstəqil Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət beynəlxalq aləmdə tədqir olunmaqdadır. Ona görə ki, Azərbaycan beynəlxalq tərəfdaşları ilə hər zaman səmimi və strateji münasibətlərin qurulmasına önəm verib. Üstəlik Azərbaycanın düşünülmüş xarici siyasəti bir sıra uğurların əldə edilməsilə nəticələnib. Xüsusən, ölkəmizin həyata keçirdiyi hücum diplomatiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın tarixi torpaqları ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli rol oynayıb. Artıq qətiyyətlə demək olar ki, dünyanın inkişaf etmiş ölkələri, eləcədə nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla əlaqələrin genişlənməsini prioritet hesab edirlər. Sirr deyil ki, dövlət başçısı İlham Əliyev Azərbaycan Prezidenti kimi fəaliyyətə başladığı andan bu istiqamətdə yürütdüyü düzgün xarici siyasət hər kəs tərəfindən müsbət qarşılanır. Elə indinin özündə də dövlət başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanır. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev yenidən prezident seçilməsi münasibətilə keçirilən andiçmə mərasimində qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyir: "Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır".
Dövlət başçısı əlavə edib ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik: "Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma "Dağlıq Qarabağ"ı heç kim tanımır və əminəm ki, tanımayacaq. Orada keçirilən qondarma "referendum"u bizim qonşu ölkələrimiz və beynəlxalq təşkilatlar pislədilər. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir".
Qeyd edək ki, beynəlxalq aləmdə Azərbaycanın haqq mövqeyinin dəstəklənməsində prezident İlham Əliyev müstəsna xidmələri olub. Dövlət başçısı bütün xarici səfələrində dünyanın əl ali kürsüsündən Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırıb. Əslində prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası, ATƏT, Avropa Birliyi kimi beynəlxalq təşkilatlarda etdiyi çıxışlar Azərbaycanın xarici siyasətində hücum diplomatiyasının yeni bir mərhələsnin əsasını qoymuş oldu. Bunula dövlət başçısı Azərbaycanın növbəti mərhələ üçün hədəflərini müəyyənləşdirdi. Bu hədəflər ərazi bütövlüyünün təmin edilməsi və ölkəmizin müasir bir ölkəyə çevrilməsindən ibarət idi. Eyni zamanda, Prezident İlham Əliyevin diplomatlarla proqram xarakterli çıxışı Azərbaycanın xarici siyasətində ciddi dönüşə səbəb oldu. Prezident İlham Əliyevin diplomatlara verdiyi tapşırıqlar həm də Azərbaycanın beynəlxalq aləmdəki gücünü daha səmərəli olaraq sərgilədi. Qətiyyətlə demək olar ki, artıq beynəlxalq aləm də ölkəmizin hansı gücə və qüdrətə malik olduğunu anlamağa başlayıb. Hücum diplomatiyasının davamlığı isə Azərbaycanın haqlı mövqedə dayanmasını bir daha sübut edəcək. Çünki, Azərbaycan dövləti son iki yüz ildə Azərbaycan xalqına qarşı həyata keçirilən etnik düşmənçilik siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir. Xüsusən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı həqiqətlərin beynəlxalq aləmdə qəbul edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Onu da qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsil həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında dövlət başçısının İrəvan xanlığı ilə bağlı broşürlərin hazırlanaraq xarici ölkələrdə yayılması barədə verdiyi tapşırıq xüsusi əhəmiyyət kəsb edib. Sözügedən tapşırıq əsasında AMEA-nın Tarix İnstitutu ölkəmizin tarixi, mədəniyyəti, eləcə də Dağlıq Qarabağ həqiqətləri ilə bağlı çoxsaylı fundamental əsərlər ərsəyə gətirib. Artıq sözügedən əsərlərin əcnəbi dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması prosesinə start verilib. Məhz görülən məqsədyönlü işlərin nəticəsidir ki, artıq Azərbaycanın hücum diplomatiyası işğalçı Ermənistanı qorxuya salıb. Ona görə də hər bir azərbaycanlının borcudur ki, Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı hər bir addıma dəstək versin və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə öz köməyini əsirgəməsin.
Alim