Onlar insanı necə kökəldir və necə xəstələndirir? - Sosial şəbəkələrdəki gizli təhlükə

Digər tərəfdən, sosial mediada çox vaxt sərf edən insanlarda  piylənmə və ya ürək  xəstəliyi riski yaranır .

Dünyada hər beş insandan ikisi sosial şəbəkələrdən yararlanır. 

Aparılan uzunmüddətli tədqiqatlardan sonar məlum olub ki, "Facebook" və ya "Instagram"da dolaşdıqdan"  sonra insanlarda iştahlılıq  hissi yaranır. Buna səbəb olan faktorlardan biri isə nə qədər maraqlı da olsa, ekranda görünən  yeməklərdir.

Qida və yemək şəkilləri sosial şəbəkələrdə qüsursuz şəkildə "Foodporn" həştəqiylə paylaşılır. İstifadəçilər yeni yaranan bu trendin qurbanına çevrilməkdədirlər.

Çünki yemək  əvvəlcə "gözlərlə" yeyilir. Gözün beyinə ötürdüyü siqnal insanda iştah yaradan əsas amillərdən biridir.

Sosial şəbəkələr vasitəsilə "kökəlməmək" üçün oxuculara bir neçə  vacib detalı xatırladaq:

"Brain və Cognition" jurnalında dərc edilən bir araşdırmaya görə,  sosial mediada ağızları sulandıran yemək fotolarına baxmaq, aclığa sərhəd qoymamağa səbəb ola bilər. 

Digər bir araşdırma göstərir ki, qida şəkillərinə baxarkən aclıq keçirici rolunu oynayan grelin hormonun səviyyəsi artır. 

Dadlı görünən qida və yemək fotolarına  baxarkən, tez bir zamanda beyinə siqnal gedir və insan ac olmasa da belə  bu harmonun tələbi ilə  yemək arzulayır.  

Digər tərəfdən, sosial mediada çox vaxt sərf edən insanlarda  piylənmə və ya ürək  xəstəliyi riski yaranır .

Bundan qurtulmaq üçün aşağıdakıları etmək lazımdır:

1) Yalnız sağlam və təbii qidaları paylaşan səhifələri izləmək lazımdır.  Belə səhifələr çoxdur. Bir çox insanlar özlərini yaxşı yeməyə təşviq etmək üçün sosial media vasitələrindən istifadə edirlər;

2) Özünüz üçün faydalı qida və qarışıqların reseptlərini toplayın   və hər gün hər hansı birini  hazırlayın. 

3) "Foodporn" saytlarında sərf etdiyiniz vaxtı azaldın;

4) Sağlam olmayan yeməkləri alternativlərlə əvəz edin. İçi dondurmalı şirniyyat yerinə, bir ovuc fısdıq əzməsiylə, bir ovuc baban əzməsini qarışdırıb yemək daha faydalıdır. 

5)Şüalı ekranlara baxdığınız yarım saatı gəzməyə həsr edin. Yeni hobbiləriniz zehninizi yemək fikrindən uzaq tutacaq və daha sağlam yaşamağınıza vəsilə olacaq. Moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31