Gündəm

Nazir: “Hərbi əməliyyatlar zamanı həlak olan 8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək”

19 Aprel 2018 17:36

Prezident İlham ƏliyevAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Şura məlumatlandırma sessiyası keçirdi

19 Aprel 2018 17:27

Aprelin 19-u Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1-ci maliyyə müsaqibəsi çərçivəsində qalib gələn təşkilatların maarifləndirmə sessiyası keçirilib. 

Ötən il Azərbaycan vətəndaşı olan 53 məhkum xarici dövlətlərdən təhvil alınıb

19 Aprel 2018 17:26

Məhkumların bir qismi təhvil verilmələrinə köməklik göstərilməsi ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) müraciət edib. Ombudsmanın 2017-ci il üzrə illik hesabatında bildirilib ki, bu müraciətlər əsasında aidiyyəti qurumlara sorğular verilib və müvafiq araşdırmalar aparılıb.

Poçtla göndərilən narkotik vasitə və psixotrop maddə saxlanılıb

19 Aprel 2018 17:03

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddənin poçt vasitəsilə qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsində “Olaylar”a verilən məlumata görə, gömrük əməkdaşlarının nəzarətində olan marşrut üzrə Amerika Birləşmiş Ştatlarından Azərbaycan Respublikasına - Bakı şəhərində ailəsi ilə birlikdə yaşayan Amerika vətəndaşı Heather Christine Ulrichin adına invoysda "yuyucu vasitə, əl sabunu, açar qabı, şirniyyat" göstərilən poçt bağlaması daxil olub. Həmin poçt bağlamasına Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib.

Dünyanın ən gözəl qadını kimdir?- "People" jurnalı siyahını sıraladı..

19 Aprel 2018 17:02

"People" jurnalı ən gözəl insanların siyahısını tərtib edib. 

Ombudsman: "Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil"

19 Aprel 2018 17:01

“Mənzil bazarındakı qiymətlər ehtiyacı olan şəxslərin böyük ehtiyacının, xüsusilə aztəminatlı ailələrin imkanlarına uyğun deyil”. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkklilinin (Ombudsman) Elmira Süleymanovanın 2017-ci il üzrə illik hesabatında bildirilib.

Buz mağaraları: yer tarixinin sirli şahidi- ƏSRARƏNGİZ GÖRÜNTÜLƏR

19 Aprel 2018 16:59

Bu rubrikada dünyanın ən maraqlı ölkələri, ekzotik və görməli yerləri barəsində fotoları və həmin bölgə ilə bağlı ən maraqlı məlumatları təqdim edirik. Bu dəfə mövzumuz İslandiyadakı məşhur buz mağarasıdır.

Prezidentin bu fərmanı orduda böyük ruh yükəkliyi yaradacaq - General Aydəmirov

19 Aprel 2018 16:51

"Ali Baş Komandanımız, prezident İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı orduda, Silahlı Qüvvələrimizdə xidmət edən hər kəsdə böyük ruh yüksəkliyi yaradacaq. Bununla onlar görür ki, hərbi əməliyyatlar zamanı şəhid olmuş və itkin düşmüş şəxslərin ailələrinə dövlət tərəfindən lazımi qayğı göstərilir. Odur ki, belə bir addım bütün zabit, gizir və əsgərlər, ümumilikdə şəxsi heyətdə ruh yüksəkliyinin artmasına təsir edəcək və onlar daha böyük həvəslə döyüş tapşırıqlarını yerinə yetirməyə can atacaqlar". 

“UPBA Bakı-2018”-in iştirakçıları Heydər Əliyevin məzarını ziyarət ediblər

19 Aprel 2018 16:47

Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ev sahibliyi etdiyi Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) Bakıda keçirilən ikigünlük “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransının iştirakçıları Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, onun xatirəsini dərin ehtiramla yad ediblər. İştirakçılar həmçinin, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Avtomobil vuran piyada hadisə yerində ölüb

19 Aprel 2018 16:47

Abşeron rayonunun Digah qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 18-də saat 23 radələrində Abşeron rayonunun Digah qəsəbəsində Mehdiabad qəsəbə sakini Aydın Kərimov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Səməd Arazı vurub və nəticədə piyada hadisə yerində ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Elşən Musayev: “Ermənistan rəhbərliyi öz xislətinin qurbanı olub” 

19 Aprel 2018 16:46

“Ümumiyyətlə bu gün Ermənistan rəhbərliyi öz xislətinin qurbanı olub. Bu vaxta qədər hansı yarıtmaz siyasət həyata keçiriblərsə, bu gün də həmin o siyasətin cavabını alırlar”. Bunu  millət vəkili Elşən Musayev deyib.

"Pulum yoxdur ki, mahnılarımı..." - Gülüstan Əliyeva əsəbləşdi

19 Aprel 2018 16:44

Əməkdar artist Gülüstan Əliyeva "Onda başladıq" verilişində bayağı mahnılardan danışıb.  Son vaxtlar gündəmdən düşməyən bayağı mahnılardan danışan müğənni əsəbləşib: "Bu gün hər şey reklama bağlıdır. Çox pul qazandıran mahnı pis mahnı deyil. Pis mahnını "raskrutka" etmək imkanında olan adamlar daha çoxdur. Pis mahnını daha çox "raskrutka" edib, insanların beyninə yeridərək, populyarlaşdırırlar.