Şura məlumatlandırma sessiyası keçirdi
Aprelin 19-u Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1-ci maliyyə müsaqibəsi çərçivəsində qalib gələn təşkilatların maarifləndirmə sessiyası keçirilib.
19 Aprel 2018 17:27 SosialBütün əməliyyatlar elektron qaydada həyata keçiriləcək
Aprelin 19-u Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1-ci maliyyə müsaqibəsi çərçivəsində qalib gələn təşkilatların maarifləndirmə sessiyası keçirilib.
Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qeyd etdi ki, şura ənənəvi olaraq hər il belə bir məlumatlandırma sessiyalarını keçirir və şuranın layihələrin idarə edilməsi ilə bağlı qaydalarını, eyni zamanda layihənin başlanmasından sonuna qədər Qeyri Hökümət Təşkilatları ilə olan münasibətləri müzakirə edir və şuranın təlimatlarını onlara çatdırır.
Fərasət Qurbanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il birinci qrant müsabiqəsinin qalibləri ilə müqavilə bağlanması prosesinin təkmilləşdirilməsi, QHT-lər üçün daha rahat və operativ xidmətlərin təşkili məqsədilə müqavilə bağlanması üçün tələb olunan bütün əməliyyatların elektron qaydada həyata keçirilməsi qərara alınıb. Yəni, QHT-lər Şuranın qərarına uyğun olaraq Şuraya təqdim etdikləri layihə təklifinə, icra planına və büdcəyə müvafiq düzəlişlər edərək onları Şura Katibliyinin əməkdaşlarına elektron qaydada göndərməlidir. Katiblik əməkdaşı təqdim olunan sənədləri araşdırır, düzəlişə ehtiyac olduğu təqdirdə zəruri dəyişiklikləri ardıcıllıqla qeyd edir və göstərilən düzəlişlərin aparılaraq Şuraya göndərilməsi üçün vaxtı müəyyən edir. Bütün sənədlər elektron qaydada razılaşdırıldıqdan sonra QHT müqavilə bağlanması üçün Şuraya dəvət olunur. QHT-dən düzəliş edilmiş sənədlərlə təyin olunan vaxtda müqavilə imzalanması üçün Şuraya gəlməsi tələb olunur. Tədbirin sonunda Fərasət Qurbanov və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov mövzu ilə bağlı onlara ünvanlandırılan sualları cavablayıblar.