Gündəm

Ermənistanda saxlanılan etirazçıların sayı 100-ə çatıb

19 Aprel 2018 18:21

Ermənistanda Serj Sarkisyanın baş nazirliyinə qarşı keçirilən aksiyalarda saxlanılanların sayı 100 nəfərə çatıb.

Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib

19 Aprel 2018 18:19

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.

Moskvada  Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans

19 Aprel 2018 18:19

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Moskva Dövlət Linqvistik Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda bölmə iclası keçirilib.

NATO generalların Bakı görüşü barədə məlumat yayıb

19 Aprel 2018 18:17

NATO Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü barədə məlumat yayıb.

AZINNEX Əfqanıstan İslam Respublikasının nümayəndə heyəti ilə görüşüb

19 Aprel 2018 18:16

Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müşaviri Camal Aryubi və “ASAN Khedmat” mərkəzinin direktoru Məhəmməd Naim Çamkanainin təmsil etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvləri ilə görüşü keçirilib. Görüşdə AZINNEX barədə ümumi məlumatla yanaşı, iştirak edən üzv şirkətlərin innovativ məhsul və xidmətləri barədə təqdimatlar edilib. Həmçinin Konsorsium üzvlərinin Əfqanıstan bazarında tətbiq edilə biləcək innovasiyaları və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Həftəsonu Afaq Bəşirqızı ilə...

19 Aprel 2018 18:14

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq. 20, 21, 22 aprel tarixlərində saat 19.00-da “Talelər qovuşanda” (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov), “Toya bir gün qalmış” (Ə.Səmədli) və “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşaları təqdim ediləcək. Musiqili Teatr balaca teatrsevərlərin görüşünə 21 və 22 aprel saat 12:00-da “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər) və “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, səhnələşdirən A.Sadıqov) tamaşası ilə gələcək.

Generalın oğlunun məhkəməsində ifadəsində ziddiyyət olan şahid 200 manat cərimələnib

19 Aprel 2018 18:06

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə iş üzrə iki şahid dindirilib.

Səfir və italiyalı tədqiqatçılar qrupu MEK-i ziyarət etdilər

19 Aprel 2018 18:04

İtaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Auqusto Massari və İtaliya Milli Tədqiqatlar Şurasının Azərbaycanda səfərdə olan üzvləri - “Kinetics Technology” şirkətinin innovasiya strategiyası üzrə vitse-prezidenti Qaetano İaquaniello və Roma Tor Verqata Universitetinin professoru Massimiliano Barlettanın başçılığı altında bir qrup nümayəndə “Kimyanın davamlı inkişafda rolu” adlı beynəlxalq seminar proqramı çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasını  ziyarət ediblər.

Vüqar Rəhimzadə: "Xalqımız son 15  ildə görülən işlərə öz yüksək qiymətini verdi"

19 Aprel 2018 18:02

“11 aprel prezident seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını bir daha nümayiş etdirdi. Xalqımız son 15  ildə görülən işlərə öz yüksək qiymətini verdi. Bu müddətdə Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə harada yaşamasından, siyasi əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq  hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur duya bilər.

“Bunu Ermənistan hakimiyyətləri də açıq şəkildə etiraf ediblər”

19 Aprel 2018 17:56

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Bunlardan biri Azərbaycanın ərazi bütövlüyünün bərpası və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ idi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini münaqişənin həlli üçün əsas hüquqi baza adlandıran dövlət başçısı bildirib ki, Azərbaycan dünyaya haqlı olduğunu bir daha sübut edə bilib.

Romada ulu öndərə həsr olunmuş beynəlxalq konfrans

19 Aprel 2018 17:53

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Vüqar Bayramov: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu artacaq”

19 Aprel 2018 17:51

“Avropa enerji mənbələrinin dversifikasiyasına nail olmağa çalışır və Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyidir”. Bunu prezident İlham Əliyevin andiçmə mərasimində çıxışında Azərbaycanın Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirməsi və Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməsi ilə bağlı fikirlərinə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Həftəsonu  Gənc Tamaşaçılar Teatrında

19 Aprel 2018 17:50

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu üçün maraqlı repertuar tərtib edib. Hər zaman olduğu kimi bu dəfə də paytaxt sakinləri və şəhərimizin qonaqları teatrın repertuarında olan rəngarəng səhnə əsərləri ilə tanış olmaq imkanı qazanacaqlar. Aprelin 20-si saat 19:00-da teatrın Kiçik səhnəsində T.Vəliyevanın “Cəza” tamaşası nümayiş olunacaq. Teatrsevərlər aprelin 21-i teatrın səhnəsində Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, 22-i isə V.Siqarev “Ağ ölüm” tamaşasına baxa biləcəklər. Hər iki tamaşa saat 19:00-da nümayiş olunacaq.

Azərbaycanda Tibbi-genetik laboratoriyanın yaradılması təklif edilir

19 Aprel 2018 17:48

“Qan xəstəliklərinin erkən müayinə və müalicəsini təmin etmək üçün Azərbaycanda DNK səviyyəsində müayinələrin aparılması məqsədi ilə Tibbi-genetik laboratoriyanın yaradılmasına ehtiyac var”. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.

Kuba istehsalı olan “Davranış” filmi nümayiş olundu

19 Aprel 2018 17:48

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanda təşkil olunan ilk Latın Amerikası Film Festivalı çərçivəsində Kuba istehsalı olan “Davranış” filmi nümayiş olunub. ADU-nun Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov Azərbaycan Dillər Universitetinin, Landmark və Park Cinema Flame Towers otellərinin əməkdaşlığı ilə baş tutan film festivalının Latın Amerikası mədəniyyətinin və ənənələrinin təbliği istiqamətində mühüm addım olduğunu diqqətə çatdırıb. S.Hüseynov bu gün Kuba istehsalı olan filmin nümayişinin maraqlı olacağına və Kuba haqqında təəssürat formalaşdıracağına əminliyini ifadə edib.