Gündəm
Soyuğa qarşı allergiya
Bir çox insanlar qışı, soyuq havanı, qarı xoşlayır. Lakin digərlərinə soyuq hava heç bir sevinc gətirmir. Söhbət soyuğa qarşı allergiyası olan insanlardan gedir. Bu insanların bir çox hissəsi öz vəziyyətlərində olan dəyişiklikləri allergiya ilə əlaqələndirmir və bu dəyişiklikləri digər pozulmalarla izah edir. Nəticədə onlar uzun müddət ərzində həkimləri "gəzir", lazım olmayan müalicələr alırlar.
Meyvə və tərəvəzlər psixi sağlamlıq üçün ən faydalı məhsullardır
Yeni Zelandiyada Otaqo Universitetinin mütəxəssisləri meyvə və tərəvəzlərin psixi sağlamlıq üçün ən faydalı məhsullar olduğunu söyləyiblər. Rusiya mətbuatı yazır ki, bu sahədə araşdırma aparan Tamlin Konnerin verdiyi məlumata görə, təzə meyvə və tərəvəzlərin istifadəsi termiki emala və ya konservasiyaya məruz qalanlarla müqayisədə psixi sağlamlığın yaxşılaşmasına daha faydalı təsir göstərir. Bunun qida maddələrinin emalının onun tərkibində olan vitaminləri parçalanması ilə əlaqədar olduğu güman edilir.
XƏBƏRDARLIQ: Enerji içkilərin təhlükəsi...
Hal hazırda bütün dükanlarda "enerji içkiləri" almaq olur. Bu içkilərin reklamında xüsusi olaraq vurğulanır ki, onlar insana əlavə enerji verir, yorğunluğu yox edir, "qanadlandırır" və s. Bu içkilər son zamanlar bütün dünyada cavanların dəbli "aksessuarına" çevrildi. Cavanların çox hissəsi bu içkilərdən süi-istifadə edir (hər gün bir neçə banka qəbul edirlər). Lakin onlar bu içkilərin nə dərəcədə təhlükəli olduğundan xəbardar deyillər.
“Microsoft”un neyron şəbəkəsinə əsaslanan tərcümə proqramı internetsiz işləyəcək
“Microsoft” korporasiyasının “Microsoft Translator” proqramı neyron şəbəkəsi alqoritmlərinə əsaslanan daha keyfiyyətli kompüter tərcüməsini internetə qoşulma olmadan həyata keçirəcək.
“TESS” teleskopu kosmosa buraxılıb
ABŞ Kosmik Agentliyi (NASA) Kanaveral kosmodromundan "SpaceX Falcon 9" raketdaşıyıcısı vasitəsilə "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopunun uğurlu buraxılışını həyata keçirib.
Köhnə kitablardakı toz hissəcikləri allergenlər yaradır?
Kitablar arasında gün keçirmək çoxlarının sevimli məşğuliyyətidir, hətta köhnə kitabları vərəqləməklə nostalji hisslər yaşayanlar da var. Öz peşələri ilə əlaqədar saatlarla köhnə kitablar və sənədlər arasında axtarış aparanlar, onları vərəqləyənlər də çoxdur. Kitab tozu ən geniş yayılan allergenlərdən biri hesab edilir.
“Zəngəzur” sənədli filmi sosial şəbəkələrdə də paylaşıldı
“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi “Zəngəzur” sənədli filmini sosial şəbəkələrdə paylaşaraq, ictimaiyyətə təqdim edib.
Geyimə bərkidilə bilən çox nazik günəş batareyaları yaradılıb
“Riken-Toray Industries Inc”də çalışan yaponiyalı alimlər qalınlığı 3 mikrometr olan adi günəş panelləri təqdim ediblər. Asanlıqla dartılan və sıxılan bu panellər heç bir problem olmadan parçaya və istənilən başqa səthə bərkidilə bilər, həmçinin 100 selsi dərəcəyədək temperatura qarşı davamlıdır. Enerjinin çevrilmə səmərəliliyi təxminən 10% təşkil edir ki, bu da bazarda mövcud olan istənilən analoji qurğudan yüksək göstəricidir. Layihə müəlliflərindən biri olan Takao Sominin sözlərinə görə, onların istehsalı olan günəş batareyalarının maya dəyəri aşağıdır və istehsalçılar bu səbəbdən yeni texnologiyaya yüksək tələbat gözləyirlər.
İşsizlikdən sığortanı və məcburi dövlət sığortasını ödəməkdən yayınanlar cinayət məsuliyyətinə cəlb olunur
Azərbaycanda işsizlikdən sığortanı və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət məsuliyyəti yaradacaq. Məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə əlavələr təklif olunur.
“Internet” adlı mobil brauzer təqdim edilib
“Amazon” şirkəti “Internet” adlı mobil brauzerini təqdim edib. Proqramçılar əmin edirlər ki, “Internet” mobil brauzeri az sayda məlumatdan istifadə edir və yadda saxlayır, az yer tutur və internetə çıxış sürəti zəif olan qoşulmalar üçün optimallaşdırılıb.
Yeni tip kompüter yaddaşı hazırlanıb
Çinin Şanxay Fudan Universitetinin alimləri özündə operativ və quraşdırılmış yaddaş xüsusiyyətlərini birləşdirən yeni məlumat saxlama texnologiyası hazırlayıblar.
“Benjamin Franklin" medalının builki laureatlarının adları açıqlandı
1824-cü ildə Franklin İnstitutu tərəfindən təsis olunan nüfuzlu və sanballı “Benjamin Franklin" medalı elm və texnologiya sahəsi üzrə təqdim olunur. ABŞ-ın elm və texnologiya sahəsində ilk mükafatı olan “Benjamin Franklin" medalı indiyə kimi 2000-dən çox alim, ixtiraçı və sahibkara müxtəlif kateqoriyalar üzrə verilib. Mükafatın laureatları sırasında Mariya Küri, Tomas Edison, Nikola Tesla, Eduard Lorens, Bil Qeyts və Albert Eynşteyn kimi dünya şöhrətli alimlər var. Franklin medalının lauretlarından 117-si Nobel mükafatına layiq görülüb.
O dünyadan qayıdan 9 adam!
1986-cı ildə soyuq qış günlərinin birində 2 yaşlı Mişel Fank evinin qarşısında yerləşən donmuş çayın yaxınlığına oynayırmış. Buz sınır və qız suya düşür. Qızı sudan yarım saatdan sonra çıxartdılar. Sudan çıxararkən qızda heç bir həyatı əlamət yox idi. Həkim ona ürək masajı etdi, qanını isitdi və orqanlarını hərəkətə gətirdi. Mişel gözlərini açdı və xoşbəxtlikdən soyuq su onun beynini dondurmamışdı.
“Başlıbel faciəsi” haqqında məqalə - “Vikipediya”da
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri Kəlbəcər rayonunda ermənilər tərəfindən törədilmiş “Başlıbel faciəsi” haqqında məqalə yaradıblar. Məqalə ilə daha ətraflı https://az.wikipedia.org/wiki/Ba%C5%9Fl%C4%B1bel_faci%C9%99si linkində tanış olmaq mümkündür.
Qoruq İdarəsi maket müsabiqəsi elan edir
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Məhv olmuş, dağıdılmış abidələr və Şirvanşahlar taxtı” mövzusunda maket müsabiqəsi elan edib.Şirvan hökmdarlarının taxtının bərpasını nəzərdə tutan qurum müsabiqə iştirakçılarına bu taxtın müəllifi və ya müəlliflərindən biri olmaq şansını verir. Müsabiqə çərçivəsində gənc memar, rəssam və heykəltəraşlar tərəfindən hazırlanan taxt maketləri Qoruq İdarəsinin təşkil etdiyi “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı 20 ölkədən 300-dən çox alimin iştirak edəcəyi beynəlxalq konfransda sərgilənəcək.














