Gündəm
Danimarkada Türk Günü keçiriləcək
Danimarkada Turk Gunu keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a bu ölkədə fəaliyyət göstərən “Vətən” Cəmiyyətindən daxil olub. Bildirilib ki, Türk Günü mayın 12-də baş tutacaq.
Ermənilər 96 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.
ABŞ-dan açıqlama: Türkiyədə erkən seçki...
Türkiyənin fövqəladə rejim vəziyyətində şəffaf və ədalətli seçkilər keçirəcəyindən narahatıq.
"Fənərbaxça" - "Beşiktaş" qarşılaşması təxirə salındı Şenol Günəş xəsarət aldı
"Kadıköy"-də Türkiyə kubokunun yarımfinal mərhələsində oyun 0:0 hesabı ilə davam edərkən hakim Mete Kalkavan tərəfindən təxirə salınıb. Buna səbəb isə azerkeşlər arasında münaqişənin yaranması olub.
Türkiyədə iri yol qəzası: 12 avtomobil toqquşdu
Ankarada 12 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Məlumata görə, ilkin ehtimallara görə, qəza zamanı 5 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı Türkiyə vətəndaşıdır və yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Zalsburqda qatarlar toqquşdu
Avstriyanın Zalsburq vağzalında iki qatar toqquşub. Məlumata görə, səhər saatlarında baş verən qəza zamanı təxminən 40 nəfərin xəsarət aldığı bildirilir.
Lavrov: "Putin Trampla görüşə hazırdır"
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla görüşə hazırdır. Məlumata görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
İntihar edən məktəbli qızın dəhşətli ölümü ilə bağlı YENİ FAKTLAR
Dünən Cəlilabad rayonun Bayxanlı kəndində 16 yaşlı məktəbli qızın intihar etməsi hadəsisi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, orta məktəbin 10-cu sinif şagirdi olan 2002-ci il təvəllüdlü Kamranova Aytac Hüseyn qızı əməsi oğlu ilə dalaşandan sonra həyatına qəsd edib. Belə ki, əmisi oğlu 16 yaşlı Aytacın telefon işlətməsini ona irad tutub. Yeniyetmə qız isə atasının ona telefon almadığını, ümumiyyətlə mobil telefondan istifadə etmədiyini, kiminləsə yazışmadığını deyib. Bundan sonra əsəblərinə hakim ola bilməyən qız dama gedərək özünü asıb.
Ermənistanın Naxçıvan mövzusunu aktullaşdırması Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasına yönəlib
Ermənistanın ictimai-siyasi həyatında son dövrlərdə Naxçıvan mövzusu xeyli aktuallaşdırılıb. Guya Azərbaycan Naxçıvan istiqamətindən Ermənistana hücuma keçəcək. Naxçıvan mövzusunun aktuallaşdırılması təsadüfi deyil. Çünki Naxçıvan istiqamətində hərbi əməliyyatlar digər istiqamətdəki hərbi əməliyyatlardan tamamilə fərqlidir və Ermənistanın fikrincə, Naxçıvanda hərbi əməliyyatlar olacağı təqdirdə 1921-ci ilin Qars müqaviləsinə görə Türkiyə Azərbaycanı dəstəkləməlidir və Türkiyənin Azərbaycanı dəstəkləməsinə cavab olaraq Rusiya Ermənistanı dəstəkləyəcək. Beləliklə, Rusiya-Türkiyə müharibəsi yaranacaq. Nəticədə, bu NATO-KTMT müharibəsinə çevriləcək və beləliklə, Qərb arzuladığı müharibəni Rusiyanın sərhədlərinə xeyli yaxınlaşdıracaq. Ona görə Naxçıvan istiqamətindəki müharibə S.Sərkisyan üçün çox ciddi həyati zərurətə çevrilib.
Türkan Şorayın səhhəti AĞIRLAŞDI
Keçən il kuşinq sindromu xəstəliyindən əməliyyat olunan Türkan Şorayın səhhəti ağırlaşıb. Bağırsaqlarına infeksiya düşən əfsanəvi kino ulduzu bazar ertəsi təcili xəstəxanaya yerləşdirilib. Türk kinosunun sultanı artıq 3 gündür ki, xəstəxanada müalicə alır. Bir müddətdir yemək yeməkdə çətinlik çəkən aktrisanın arıqladığı deyilir.
Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər
Almaniyada yaşayan azərbaycanlı iş adamının bank hesabına yanlışlıqla 128 milyon avrodan artıq pul köçürülüb. Bir müddətdən sonra ölkə prokurorluğundan həmin iş adamına zəng olunub və ondan “hesabınıza səhvən bu qədər pul məbləği keçirilib, nə etmək fikrindəsiniz?” soruşulub. Adı açıqlanmayan biznesmen də öz növbəsində məsələdən məlumatlı olduğunu bildirib. Vəsaitin ona məxsus olmadığı üçün geri qaytaracağını vurğulayıb.
Toz-dumanın miqdarı sanitar norma daxilindədir
Kubokun finalına cəzalı duruma düşənlər
Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qəbələ" "Neftçi"ni, "Keşlə" Sumqayıt"ı mübarizədən kənarlaşdıraraq finalda bir-birlərinə rəqib oldular. Bölgə klubu həlledici görüşə iki itkiylə çıxacaq.
Çimərlik akula hücumuna görə bağlandı
Tailandın Sai Noi əyalətinin çimərliyi akula hücumundan sonra bağlanıb. 54 yaşlı norveçli turist akulanın hücumuna məruz qalıb. Ayağından ciddi zədə alan turist xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti sabit olaraq qiymətləndirilir.
"Poqba belə oynamağa davam etsə..."
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 35-ci turunda "Bornemot"a 2 cavabsız qolla qalib gəlib. "Qırmızı şeytanlar"ın sabiq kapitanı Pol Skoulz fransalı yarımmüdafiəçi Pol Poqbanın çıxışını dəyərləndirib.














