Kubokun finalına cəzalı duruma düşənlər

Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qəbələ" "Neftçi"ni, "Keşlə" Sumqayıt"ı mübarizədən kənarlaşdıraraq finalda bir-birlərinə rəqib oldular. Bölgə klubu həlledici görüşə iki itkiylə çıxacaq.

Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qəbələ" "Neftçi"ni, "Keşlə" Sumqayıt"ı mübarizədən kənarlaşdıraraq finalda bir-birlərinə rəqib oldular. Bölgə klubu həlledici görüşə iki itkiylə çıxacaq.

Belə ki, "qırmızı-qaralar"ın heyətində Ruslan Qurbanovla Ürfan Abbasov kubokda cari mövsüm 2-ci sarı vərəqə alıblar. Bu səbəbdən də milli üzvləri cəzalı durumu düşüblər və finaldan kənarda qalıblar. "Keşlə"də isə bu vəziyyətlə Fuad Bayramov üzləşib.

Dayaq yarımmüdafiəçi həlledici görüşdə komandasına kömək etməyəcək. Kubokun finalı mayın 28-də baş tutacaq. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31