Gündəm
DİM bakalavrlara müraciət etdi
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.
Namazov vəzifəsindən uzaqlaşdırılıb? - RƏSMİ AÇIQLAMA
Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazovun vəzifəsindən azad edildiyi ilə bağlı xəbərlər yayılıb. Faktı dəqiqləşdirmək məqsədilə sözügedən qurumla əlaqə saxladıq.
YENİ QAYDA: Bu yerlərdə tütündən istifadə qadağan olundu
Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda bir sıra dəyişikliklər edilib.
Bayılda evləri dağılan ailələrə verilən maddi yardım hesablara köçürüldü
Bayıl sürüşmə zonasında evləri dağılan 6 ailə üçün təyin olunan birdəfəlik maddi yardım artıq hesablara köçürülüb.
Toyun nədən önə çəkilməsi məlum oldu - Arda Turan və Aslıhan Doğan
Məşhur futbolçu Arda Turanın evllik gününün nədən önə çəkilməsi məlum oldu. Olaylar.az bildirir ki, 2 il sevgili olan Arda Turan və Aslıhan Doğan martın 11 –də ailə həyatı qurmuşdular.
“Axtarışlar” jurnalının cari ildə ilk sayı çap olunub
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının cari ildə ilk nömrəsi işıq üzü görüb. Jurnalın Folklorşünaslıq, Ədəbiyyatşünaslıq, Dilçilik, Sənətşünaslıq, Tarix və Biblioqrafiya bölmələrində Naxçıvan Bölməsinin, Dilçilik İnstitutunun, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Naxçıvan Dövlət Universitetinin və digər müəssisələrin əməkdaşlarının araşdırmaları əksini tapıb.
“Zəngəzur” sənədli filmi sosial şəbəkələrdə
“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi “Zəngəzur” sənədli filmini sosial şəbəkələrdə paylaşmaqla ictimaiyyətə təqdim edib. Azərbaycan, rus və ingilis dillərində olan film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin əməkdaşlığı çərçivəsində hazırlanıb.
Yerevanda yolların bir hissəsi bağlandı - Daha 16 etirazçı tutuldu
Ermənistan polisi aprelin 20-də səhər saatlarında paytaxt Yerevanda etiraz aksiyasında iştirak edən daha 16 müxalifətçini saxlayıb.
Rob Sobhani: Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək
Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək.
Ruhi Əliyeva toya 5700 manatlıq geyimdə gəldi - FOTO
Tanınmış iş qadını və Azərbaycanın stil ikonası kimi tanınan Ruhi Əliyeva bahalı geyimi ilə diqqət çəkib.
Azərbaycanlı sənətkarlar Beynəlxalq Festivalda münsiflər heyətində
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Azərbaycan və Kalmıkya Respublikalarının Əməkdar İncəsənət xadimi Bəhram Osmanov və teatrın aktyoru, Azərbaycan və Kalmıkya Respublikalarının Əməkdar artisti Şövqü Hüseynov bu ilin aprel ayının 25-dən mayın 1-dək İran İslam Respublikasının Təbriz şəhərində keçiriləcək V Beynəlxalq Küçə Teatrları Festivalında münsiflər heyətinin tərkibində iştirak etmək üçün Təbriz Bələdiyyəsinin Mədəniyyət və İncəsənət təşkilatı tərəfindən dəvət alıblar.
Azərbaycanda ilk qanuni fahişəxana açılacaq? ŞOK AÇIQLAMA
Aprelin sonunda Moskvada yerləşən “Dolls Hotel”də seks-kuklalarla ilk qanuni fahişəxana işləməyə başlayacaq.
“Zəng” Məşhəd festivalında nümayiş olunacaq
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi növbəti səfərinə hazırlaşır. Olaylar.az bildirir ki, “Zəng” mono-tamaşası İran İslam Respublikasında nümayiş olunacaq. Məşhəd şəhərində reallaşacaq I “Jigi-Jigi” Beynəlxalq Performans və Sənət Festivalı aprelin 22-dən 30-dək davam edəcək.
Dolların bahalaşma səbəbi açıqlandı
Bugünkü ticarət sessiyasında dolların məzənnəsi digər əsas dünya valyutalarına qarşı bahalaşacaq, çünki investorlar ABŞ Mərkəzi Bankı hesab edilən Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcələrini növbəti dəfə artıracağını gözləyir.
"Fənərbaxça" tarixi cəza ilə üzbəüzdür
Təkcə Türkiyə mediasının deyil, xarici medianın da gündəmində olan, hakimin qərarırıyla təxirə salınan qalmaqallı derbidən sonra, Fənərbaxça klubu cəza ilə üzbəüzdür.














