Namazov vəzifəsindən uzaqlaşdırılıb? - RƏSMİ AÇIQLAMA
Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazovun vəzifəsindən azad edildiyi ilə bağlı xəbərlər yayılıb. Faktı dəqiqləşdirmək məqsədilə sözügedən qurumla əlaqə saxladıq.
20 Aprel 2018 11:47 SosialSumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazovun vəzifəsindən azad edildiyi ilə bağlı xəbərlər yayılıb. Faktı dəqiqləşdirmək məqsədilə sözügedən qurumla əlaqə saxladıq.
Şöbədən verilən məlumata görə, müdir Nizami Namazovun işdən könüllü şəkildə ayrılması xəbəri yalandır. O, hazırda iş başındadır və vəzifə səlahiyyətlərini yerinə yetirməyə davam edir.
N.Namazov özü isə Publika.az-a hazırda iclasda olduğunu və danışmaq imkanın olmadığını söylədi.
N.Namazov uzun müddət Sumqayıt Dövlət Universittetinin prorektoru vəzifəsində çalışıb. 2016-cı ilin noyabr ayından etibarən isə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Publika.az