Moskvada  Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Moskva Dövlət Linqvistik Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda bölmə iclası keçirilib.

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Moskva Dövlət Linqvistik Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın "Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi" mövzusunda bölmə iclası keçirilib.

Tədbir ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Sonra bölmə iclası ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Rusiya üzrə nümayəndəsi Nigar Axundova ümummilli lider Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin Rusiya dövrünə dair maraqlı faktlar açıqlayıb, dahi şəxsiyyətin sənaye, səhiyyə, sosial həyat və digər sahələrdə mühüm islahatlar həyata keçirdiyini qeyd edib.

Tarixçi Manaf Ağayev Ümummilli Liderin Rusiyada Azərbaycan diasporunun formalaşmasında xidmətlərindən danışıb, azərbaycançılıq ideyasının inkişafında xüsusi rolu olduğunu vurğulayıb. O, həmçinin Azərbaycanın tolerant bir ölkə kimi mədəniyyətlər və dinlər arasında dialoq yaratdığını qeyd edib.

ADU-nun Rusiyaşünaslıq mərkəzinin müdiri professor Məmməd Əliyev "Heydər Əliyev və müasir Azərbaycanda dini tolerantlıq" mövzusunda məruzə ilə çıxış edib. 

MDLU-nun tarix elmləri fakültəsinin dekanı Vladimir Korneyev, MQLU Elmi Şurasının elmi katibi Anton Yemelyanov və başqaları ulu öndər Heydər Əliyevin Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərindən, zəngin dövlət idarəçilik təcrübəsindən danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31