Azərbaycanda Tibbi-genetik laboratoriyanın yaradılması təklif edilir
“Qan xəstəliklərinin erkən müayinə və müalicəsini təmin etmək üçün Azərbaycanda DNK səviyyəsində müayinələrin aparılması məqsədi ilə Tibbi-genetik laboratoriyanın yaradılmasına ehtiyac var”. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.
19 Aprel 2018 17:48 Sosial"Qan xəstəliklərinin erkən müayinə və müalicəsini təmin etmək üçün Azərbaycanda DNK səviyyəsində müayinələrin aparılması məqsədi ilə Tibbi-genetik laboratoriyanın yaradılmasına ehtiyac var". Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.
Məruzədə deyilir ki, 2017-ci ildə Müvəkkilin ünvanına sağlamlığın qorunması hüquqi ilə bağlı 536 müraciət daxil olub: "Müraciət edənlər əsas etibarilə, aztəminatlı ailələrdən olub. Hər bir müraciət əsasında araşdırmalar aparılıb, bir çox hallarda məsələlər öz həllini tapıb. Yeri gəlmişkən, Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən, ötən il 66 tibb işçisi intizam məsuliyyətinə cəlb edilib". Apa.az