Gündəm

ABŞ-da Serj Sarkisyana qarşı etiraz aksiyası keçirildi

23 Aprel 2018 16:07

ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Serj Sarkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası keçirilib. Ermənistan KİV-ləri xəbər verir ki, mitinqi ABŞ-dakı erməni icması təşkil edib.

Ermənistanda fövqəladə vəziyyət tətbiq edilə bilər

23 Aprel 2018 16:05

Yerevanı bürümüş etiraz aksiyalarının qarşısını almaq üçün hökumət fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi məsələsini gündəmə gətirib.

Ermənistan Müdafiə Nazirliyi hərbçilərin nümayişlərə qatılmasını pislədi

23 Aprel 2018 16:03

Ermənistan Müdafiə Nazirliyi bir qrup hərbçinin nümayişə qoşulmasını kəskin şəkildə pisləyib.

Ermənistan prezidenti etirazçıları dialoqa çağırdı

23 Aprel 2018 16:00

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə baş verən situasiya ilə bağlı yenidən bəyanat verib.  Sarkisyan bildirib ki, bütün problemləri dialoq, danışıqlar vasitəsi ilə həll etmək iqtidarındadırlar: "Bu, mənim çağırışımdır və heç kim şübhə etməsin ki, biz birgə istənilən problemi həll edə bilərik. Həyat davam edir və biz öz dəyərlərimizi qorumalıyıq". 

Yeni Baş nazir fəaliyyətinin icrasına başlayıb

23 Aprel 2018 15:57

Azərbaycanın yeni Baş naziri Novruz Məmmədov fəaliyyətinin icrasına başlayıb.  Nazirlər Kabinetinin Aparatı həmişəki qaydada hökumətin funksiyalarını icra etməkdə davam edir. Bundan başqa, baş nazirin müavini Hacıbala Abutalıbov da fəaliyyətinin icrasına başlayıb.

Almaniyadan başqa daha 2 ölkə Türkiyəyə qarşı çıxdı

23 Aprel 2018 15:56

"Xarici siyasətçilərin Almaniyada seçkiöncəsi təbliğat-təşviqat kampaniyası keçirməsinə icazə verilməyəcək".   Bunu Almaniya xarici işlər naziri Heiko Maas bildirib. Məlumata görə, eyni formada açıqlama Avropanın bir neçə ölkəsindən gəlib. Bildirilir ki, Hollandiya və Avstriya da bu mövzuda Almaniyaya dəstək veriblər. 

Məxfi görüşün ŞOK DETALLARI: Sarkisyanın vəzifəsi donduruldu, Karapetyan isə...

23 Aprel 2018 15:56

Bu gün Ermənistan prezidentinin iqamətgahında baş nazir Serj Sarkisyan, prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanın iştirakı ilə fövqəladə müşavirə keçirilib. 

“Bu, korrupsiyanın azaldılmasına qarşı görülən nümunəvi işlərdən biridir”

23 Aprel 2018 15:54

“İlham Əliyev prezident seçildiyi andan hər zaman korrupsiya ilə mübarizəni prioritet məsələ kimi qoyub. Təsadüfi deyil ki, prezidentin imzaladığı 4 proqram məhz korrupsiya ilə bağlı olub. Bu barədə fərman və sərəncamlar imzalanıb. Ölkədə struktur sistemli islahatlar aparılır, yeni qərarlar qəbul edilir. Ortaya qoyulan nə yaxşı nümunələrdən biri ASAN Xidmətdir”.

Dövlət proqramları bütün sahələrdə inkişafa səbəb olub

23 Aprel 2018 15:52

Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramlarının icra edildiyi 14 il ərzində Azərbaycanda bütün sahələrdə sürətli inkişaf, yenidənqurma və quruculuq-abadlıq işləri həyata keçirilib. Bu illər ərzində görülən işlər belə deməyə əsas verir.

Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans

23 Aprel 2018 15:51

Azərbaycan Dillər Universiteti  Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Hökumətdə həyata keçirilən islahatlar səmərəli fəaliyyətdən xəbər verir

23 Aprel 2018 15:48

Prezident seçkilərindən sonra hər kəsi yeni formalaşacaq hökumət kabinetinin tərkibi maraqlandırırdı. Düzdür, əvvəlki hökumət kabineti də üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlir, ölkənin iqtisadi inkişafına öz töfəsini verirdi. Lakin həm kabinet üzvlərinin bir çoxunun səhhətinin qarşıdakı illərdə daha səmərəli fəaliyyət göstərmək üçün yetərli olmaması, eyni zamanda müasir tələblərə uyğun daha cevik fəaliyyətin zəruriliyi yeni formalaşacaq hökumət kabinetində müəyyən dəyişikliklərin olacağını qaçılmaz edirdi. Və həftə sonu bütün bu gözlənilənlər öz təsdiqini tapdı.