Gündəm
İrandan narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. DSX-dan verilən məlumata görə, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan rəsmi qaydada Azərbaycana gələn 1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Əzizov Gülmirzə Adil oğlu saxlanılıb və şəxsi baxış nəticəsində üzərində 2500 qram tiryək, 500 qram heroin aşkar olunub. Faktla bağlı əməliyyat - istintaq tədbirləri davam etdirilir.
Türkiyədə PKK silahlıları ilə hərbçilər arasında atışma baş verib
Türkiyənin cənub-şərqindəki Tunceli vilayətində PKK silahlıları ilə hərbçilər arasında atışma baş verib. Məlumata görə, atışma nəticəsində 3 silahlı məhv edilib.
“Anara dostları zərər verir…” - Keçmiş deputat
Azərbaycanın iqtisadi potensialı ölkənin inkişafı üçün zəmin yaradır
Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət öz müsbət nəticəsini verməkdədir. Artıq ölkəmiz əldə etdiyi iqtisadi uğurlarına görə, nəinki MDB ölkələrini, eləcə də Avropanın bir sıra aparıcı dövlətlərini geridə qoyur. Ölkəmizin qazandığı iqtisadi naliyyətlər beynəlxalq qiymətləndirici qurumlar tərəfindən də təsdiq edilir. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumun (WEF) "2017-2018 Qlobal Rəqabət İndeksi" reytinqində 2 pillə yüksələrək 35-ci sırada qərarlaşıb. Əslində Azərbaycana belə bir qiymətin verilməsinin iqtisadi əsasları kifayət qədərdir. Belə ki, son 15 ildə ölkədə 1 milyon 900 min iş yeri açılıb, işsizlik 44,7 faizdən 5,4 faizə düşüb. Bu müddət ərzində dövlət büdcəsinin gəlirləri 13.5 dəfə, strateji valyuta ehtiyatlarımız 26.6 dəfə artaraq ötən ilin sonunda 42 milyard dollara çatıb.
Məhkəmə DTX-nin 1 milyon manatlıq iddiasını təmin edib
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu gün yekunlaşan məhkəmə prosesində Dövlət Təhlükəsizliyi Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunması barədə qərar çıxarılıb. Məhkəmə "Daşkəsən" epizodu üzrə 686 min manatlıq mülki iddia və zərərçəkmiş iş adamı Kamal Seyfullayevin 2 milyon manatlıq mülki iddiası təmin etməyib.
Kreml: Ermənistanda baş verənlər bu ölkənin daxili işidir
Kreml Ermənistanda baş verən hadisələrə münasibət bildirib. Məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda baş verən hadisələri bu ölkənin daxili işi adlandırıb. "Bu, istisnasız olaraq Ermənistanın daxili işidir", - deyə Kremlin sözçüsü Rusiyanın Ermənistanda baş verən etirazların regiondakı vəziyyətə təhlükə kimi görüb-görməməsi ilə bağlı suala cavabında bildirib.
MTN-in sabiq qadın generalına şərti cəza verilib, 2 nəfər azadlığa buraxılıb- YENİLƏNİB
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
"İrəvanda aksiyada iştirak edən hərbçilər ağır şəkildə cəzalandırılacaqlar"
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir. Aksiya iştirakçılarına hərbçilər də qatılıblar. Ermənistan Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, etiraz aksiyasında iştirak edən hərbçilər ağır şəkildə cəzalandırılacaqlar.
Şeyx toya getdi, FOTOsu qalmaqal yaratdı
Qətərin baş naziri şeyx Abdulla bin Naser bin Xəlifə əl Tani srağagün Əbd əl Rəhman bin Ümeyr əl Nüəyminin oğlunun toyuna qatılıb.
Videolardan pul qazana biləcəksiniz - "Facebook"dan yenilik
İŞİD seçkilərə qarışdı: 37 ölü, 54 yaralı
Əfqanıstanın paytaxtı Kabildəki terror partlayışında 31 nəfər həlak olub, 54 nəfər həlak olub. Kabilin qərbindəki seçki məntəqəsinə qeydiyyat üçün gəlmiş insanların arasındakı "canlı bomba" partladıcı qurğunu işə salıb. Az sonra Puli-Xumri şəhərində də partlayış olub, 6 nəfər həlak olub. Partlayışlara görə İŞİD məsuliyyəti üzərinə götürüb.
Yerevanda 40-dan çox nümayişçi saxlanılıb
Ermənistanın paytaxt Yerevan şəhərindəki kütləvi iğtişaşlarla bağlı Xüsusi İstintaq Xidmətinin (XİX) açdığı cinayət işi üzrə 41 nəfər saxlanılıb. Bu barədə report Ermənistan KİV-inə istinadən xəbər verir.
Almaniya da Türkiyəyə seçki təbliğatı aparmağa icazə verməyəcək
Almaniya iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə əlaqədar təbliğat kampaniyasına icazə verməyəcək. Bu barədə Almaniyanın xarici işlər naziri Heiko Maas Kanadanın Toronto şəhərində keçirilən “G7”yə üzv dövlətlərin XİN başçılarının toplantısı zamanı jurnalistlərin “Türkiyədə keçiriləcək seçkilərlə bağlı Almaniya təbliğat kampaniyasına icazə verəcəkmi” sualına cavabında bildirib.
Əkin sahələrinə Mərakeş çəyirtkələri yayılıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyanda monitorinq keçirib. Monitorinqlər zamanı 1600 hektar sahədə Mərakeş çəyirtkələrinin daha çox yayıldığı müəyyənləşdirilib.













