Gündəm

Azərbaycanda zəlzələ oldu

23 Aprel 2018 18:11

Azərbaycanda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, iİlkin məlumatlara əsasən, yerli vaxtla 17:08:06-də Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb. 

Azərbaycan boks millisi Avropa çempionatında 2 medalı təmin edib

23 Aprel 2018 18:09

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.   Azərbaycan milli komandasının üzvlərindən ikisi yarımfinala yüksəlib. 

Atası Nağılbazın səhhətindən danışdı: "Ciddi nəzarətdədir"

23 Aprel 2018 18:06

Reper Anar Nağılbaz xəstəxanaya yerləşdirilib. Bu haqda "Xəzər maqazin"də süjet hazırlanıb. Reperin atası, Milli Məclisin sabiq deputatı Rizvan Cəbiyev oğlunun səhhəti ilə bağlı açıqlama verib: "O qədər üstünə gəlirlər ki, səhhətində problem yarandı. Yenə də onu pis etdilər.

DİQQƏT! Yol polisi texniki baxışla bağlı sürücülərə xəbərdarlıq etdi

23 Aprel 2018 18:04

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edib. İdarədən Trend-ə verilən məlumatda Baş Dövlət Yol Polisi İdarəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin texniki baxışı davam edir. “VAZ”, “QAZ”, “Moskviç”, “ZAZ”, “UAZ” markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddətinin yanvar ayının 1-dən may ayının 1-dək müəyyən edilib: "Aprelin son günlərində yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Baş DYP İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən müasir avdanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki müayinə mərkəzi və respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həftənin bütün günləri fəaliyyət göstərir.

Deputat: "Ermənistan xalqı onu hər şeydən məhrum edən "Qarabağ klanı"nın girovluğundan xilas oldu"

23 Aprel 2018 18:01

Ermənistan xalqı 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran "Qarabağ klanı"ndan canını qurtardı.

Yüz minlərlə erməni qələbəni qeyd edir

23 Aprel 2018 17:57

Bir neçə dəqiqə əvvəl Ermənistanda Serj Sərkisyanın baş nazir postunu tutmasına qarşı güclü xalq etirazlarını başlatmış deputat Nikol Paşinyan İrəvanda təcridxanadan buraxılıb.

"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

23 Aprel 2018 17:56

Hakimiyyətdə “əbədi” qalmaq üçün Ermənistanı parlament respublikasına keçirdərək baş nazir postuna seçilən Serj Sarkisyana qarşı aprelin 13-dən başlayan etiraz aksiyaları nəticə verdi və Sarkisyan istefa verməyə məcbur oldu.

Sahil Babayev nazirliyin kollektivinə təqdim edilib

23 Aprel 2018 17:55

Azərbaycan Respublikası Prezidentinin  21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Rafiq oğlu Babayev  nazirliyin kollektivinə təqdim edilib.

Bakıda 2 ayda 2657 cinayət qeydə alınıb

23 Aprel 2018 17:24

Bu ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 2.657 (2017-ci ilin müvafiq dövründə 2.865) cinayət qeydə alınıb. Onların da 89,3%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 10,7%-i isə ağır və xüsusilə ağır növlər olub.Bu barədə bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Bakı metrosundakı İNTİHARLA bağlı YENİ FAKTLAR

23 Aprel 2018 17:23

Dünən Bakı metropolitenində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb. Nəsimi rayonu ərazisində - metronun “28 May” stansiyasında sərnişinlərin gözü qarşısında özünü qatarın altına ataraq intihar edən Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızı ailəli olub. O, 2 uşaq anası imiş.

Moldova gimnastı: Bakıda azarkeşlərin dəstəyi möhtəşəmdir

23 Aprel 2018 17:20

Bakı Milli Gimnastika Arenasında azarkeşlərin dəstəyi möhtəşəmdir. Bunu “AGF Junior Trophy”də iştirak edən Moldova gimnastı Yelizaveta Yampolskaya deyib. Gimnast əlavə edib ki, öz çıxışından razı qalıb: “Təkcə topla çıxış edərkən səhv etdim, amma ümumilikdə çıxışdan razıyam. Fikirləşirəm ki, edə biləcəyimi etdim”.

Litvalı məşqçi: "AGF Junior Trophy"nin finalına çıxmağa ümid edirik

23 Aprel 2018 17:14

"AGF Junior Trophy"nin finalına çıxmağa ümid edirik. Bunu  bədii gimnastika üzrə Litvanın gənclərdən ibarət milli komandasının məşqçisi Erika Çipkene deyib.

Serj Sarkisyan istefaya gedib - YENİLƏNİB

23 Aprel 2018 17:10

Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsindən istefaya gedib.

Avropa Şurasında "Azərbaycan" araşdırması bitdi: "AŞPA deputatları etik prinsipləri pozublar"

23 Aprel 2018 17:07

Avropa Şurasında Azərbaycanın bəzi avropalı deputatları rüşvət və bahalı hədiyyələrlə ölkə hakimiyyətinin lobbisinə çevirməsi iddiaları ilə bağlı istintaq başa çatıb. Təhqiqat qurumu belə qənaətə gəlib ki, Avropa Şurası Parlament Assambleyasının bir neçə indiki və keçmiş üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub.