Gündəm

Sahibə Qafarova: "AŞ PA-nın korrupsiya barədə hesabatı qeyri-obyektivdir"

23 Aprel 2018 18:57

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) korrupsiya barədə hesabatı qeyri-obyektivdir. Məlumata görə, bunu Milli Məclisin deputatı Sahibə Qafarova AŞ PA-nın yaz sessiyası zamanı deyib.

Xəzər TV-nin canlı yayımında bədbəxt hadisə:Veriliş yarımçıq kəsildi- VİDEO

23 Aprel 2018 18:55

Xəzər tv-də veriliş aparan Ağakərim Şamidzadənin başına bədbəxt olay gəlib. Aparıcı-şef qaynar suyu ehtiyatsızlıqdan üzərinə töküb. Bu gözləniməz olay qarşısnda veriliş yarımçıq kəsilib. O isə canlı yayım dayandırılmadan studiyanı tərk edib.

2030-cu ilədək dünyanı dəyişdirəcək texnologiya təqdim ediləcək

23 Aprel 2018 18:55

Beşinci nəsil şəbəkəsinin kommersiya istismarı yalnız 2020-ci ilə planlaşdırılıb, amma Finlandiyanın Oulu Universiteti artıq "6G" texnologiyası üzərində işlərə başlayıb. Universitet rəhbərliyi altıncı nəsil şəbəkəsindən istifadə perspektivlərinin öyrənilməsi üçün nəzərdə tutulmuş "6Genesis" tədqiqat proqramının maliyyələşdirilməsini elan edib.   

Tanışlıq üçün mobil proqramların təhlükəsi açıqlanıb

23 Aprel 2018 18:50

Tanışlıq üçün əksər mobil əlavələr internetdə istifadəçi məlumatlarını yayır. Bu barədə “Kasperski laboratoriyası” antivirus şirkətinin tədqiqatında deyilir.

DİQQƏT: Yod çatışmazlığı nəyə səbəb olur?

23 Aprel 2018 18:45

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 54 faizi yod çatışmazlığının yarada biləcəyi xəstəlik riski ilə yaşayır. Türkiyəli endokrinoloq və metabolizm üzrə mütəxəssis Rüştü Serter qidalardan alınan yodun çatışmazlığı vəziyyətində uşaqlarda böyümə geriliyi, zəka ilə əlaqədar problemlər, böyüklərdə isə tiroid vəzinde böyümə, hipotiroid kimi xəstəliklərin ortaya çıxdığını söyləyib. 

Erməni əhalisinin siyasi iradəsi qalib gəldi -  Politoloq

23 Aprel 2018 18:42

10 gündən artıqdır ki, Ermənistanda baş nazir Serj Sarkisyana qarşı davam edən etiraz aksiyaları artıq öz nəticəsini verdi. Eks-prezident istefa verməyə məcbur qaldı.

Erməni xalqı cinayətkar xuntaya yox dedi - Canlı yayım

23 Aprel 2018 18:41

Ermənistanın paytaxtı İrəvan şəhərinin Respublika meydanında və ona yaxın küçələrdə əhali Serj Sarkisyanın istefasını sevinclə qarşılayıb.

Yastıayaqlılıq müalicə olunurmu?

23 Aprel 2018 18:40

Ayaq sağlamlığı insan orqanizmi üçün böyük əhəmiyyət daşıyır. Ayaqlarımızda yaranan hər hansı problem bütün günümüzün narahat keçməsinə səbəb olur. Bunlardan biri də yastıayaqlılıqdır. Bəs görəsən insanda yastıayaqlılıq niyə yaranır? Onun simptomları nələrdir?

Soyuq silahların xaricdən qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb

23 Aprel 2018 18:38

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən vasitələrin - soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhd göstərirlər. Lakin həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin gömrük orqanları tərəfindən bu kimi halların qarşısı qətiyyətlə alınır".

Sarkiyanın istefası ailəsini VURDU

23 Aprel 2018 18:32

Ermənistanın baş naziri postundan istefa verən Serj Sarkisyanın anası Nora Sarkisyanın vəziyyəti pisləşib.  O, hazırda “Nairi” tibb mərkəzindədir. “Nora Sarkisyan profilaktik müalicə kursu alır. Onun vəziyyəti kafidir”, - tibbi mərkəzin həkimi Nonna Martirosyan bildirib.

Gürcüstanın sabiq müdafiə naziri 9 il müddətinə azadlıqdan məhrum edilib

23 Aprel 2018 18:28

Gürcüstanda məhkəmə sabiq müdafiə naziri Baço Axalaya barəsində hökm elan edib. Prokuror Maya Dçvarşeişvili bildirib ki, 4 il davam edən prosesə yekun vurulub. Onun sözlərinə görə, B. Axalaya 9 il azadlıqdan məhrum edilib.

Ermənistanda baş nazir vəzifələrini müvəqqəti icra edən məlum oldu - KİM?

23 Aprel 2018 18:24

Serj Sarkisyanın istefasından sonra Ermənistan baş nazirinin birinci müavini Karen Karapetyan baş nazir vəzifələrini müvəqqəti icra edən təyin olunub.

Müdafiə Nazirliyi: "Cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir"

23 Aprel 2018 18:25

Cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin bəyanatında qeyd olunur: "Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Ermənistanda baş verənlər Qarabağın azadlığı üçün nə vəd edir?

23 Aprel 2018 18:19

Ermənistanda başlayan etirazlar nəticəsini verdi. Bu, Ermənistan hakimiyyətinin yarıtmaz siyasətinə ac xalqın etirazı idi. Həm də, təkcə son hadisələrlə bağlı deyil, erməni cəmiyyətində son illərdə yığılmış qəzəbin inikasıdır. Etirazların səbəbi əslində siyasi deyil, daha çox sosial-iqtisadi faktorlarla bağlıdır. Ölkənin soisial-iqtisadi partlayış həddinə gəlməsi əhalini qəzəbləndirdi.

Səməd Seyidov: "18 ildir, AŞPA-dayam, kimsə məni korrupsiyada ittiham edə bilməz"

23 Aprel 2018 18:13

“Bu gün AŞPA-da çıxış etmək asan deyil. Burada bizim ölkəmizi tamamilə ədalətsiz şəkildə təqdim etmək cəhdləri var”. Məlumata görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov adının AŞPA-nın müstəqil Araşdırma Qrupunun korrupsiya ilə bağlı hesabatına daxil edilməsi ilə bağlı çıxışında deyib.