Ermənistanda baş verənlər Qarabağın azadlığı üçün nə vəd edir?

Ermənistanda başlayan etirazlar nəticəsini verdi. Bu, Ermənistan hakimiyyətinin yarıtmaz siyasətinə ac xalqın etirazı idi. Həm də, təkcə son hadisələrlə bağlı deyil, erməni cəmiyyətində son illərdə yığılmış qəzəbin inikasıdır. Etirazların səbəbi əslində siyasi deyil, daha çox sosial-iqtisadi faktorlarla bağlıdır. Ölkənin soisial-iqtisadi partlayış həddinə gəlməsi əhalini qəzəbləndirdi.

Ermənistanda başlayan etirazlar nəticəsini verdi. Bu, Ermənistan hakimiyyətinin yarıtmaz siyasətinə ac xalqın etirazı idi. Həm də, təkcə son hadisələrlə bağlı deyil, erməni cəmiyyətində son illərdə yığılmış qəzəbin inikasıdır. Etirazların səbəbi əslində siyasi deyil, daha çox sosial-iqtisadi faktorlarla bağlıdır. Ölkənin soisial-iqtisadi partlayış həddinə gəlməsi əhalini qəzəbləndirdi.

Təsadüfi deyil ki, qəzəbli kütlənin şüarlarının çoxu Ermənistan hakimiyyətinə yiyələnmiş Qarabağ klanına qarşı idi. Hətta, bəzi şüarlarda Qarabağdan daha vacib erməni xalqının yaşayış səviyyəsi vurğulanırdı. Bu o deməkdir ki, erməni xalqı başqasının torpağını işğal edən hakimiyyətin siyasətindən əzab çəkməkdən cana yığılıb və artıq belə yaşamaq istəmir.
Sarkisyan isə əlindən qalan yeganə kartı oynadı, Qarabağı heç bir vəchlə qaytarmayacağını bəyan etdi. Lakin görünən odur ki, erməni xalqının Qarabağ vecinə deyil, onlar insan kimi yaşamaq, uşaqlarına  təhsil vermək, xəstələnəndən normal müalicə almaq istəyirlər. Hakimiyyət isə sosial-iqtisaid vəziyyəti düzəldə bilmədiyi üçün yalnız Qarabağ kartından faydalanırdı. Bu da hakimiyyətin ziddinə işləyirdi və sonunu gətirdi. 
Yazını hazırladığımız vaxt Sarkisyanın istefa verdiyi haqda rəsmi xəbər yayıldı. Bu, xalq etirazlarının necə qarşısıalınmaz gücə çevrildiyini və Sarkisyanın planlarının pozulduğunu göstərdi. Yeni baş nazir köhnə siyasətdən əl çəkməyə məcbur olacaq. Ermənilər üçün Qarabağdan daha vacib Ermənustanın özünün sosial iqtisadi vəziyyətinin daha vacib olduğunu hamı gördü.
Ermənilər işğala məruz qalan Azərbaycandakı inkişafı gördükcə, bunu öz səfil həyatları ilə müqayisə edir və qəzəblənirlər. Buna əsas səbəb kimi özlərinin yaratdığı Qarabağ problemini görürlər. Çünki məhz işğalçı siyasət yürüdən hakimiyyətin ucbatından ölkə regionda təklənib, beynəlxalq və regional layihələrdən kənarda qalıb, yarım blokada şəraitində ağır vəziyyətdə yaşayır.
Başa düşürlər ki, Azərbaycan xalqına qarşı xəyanət etməsəydilər, vaxtilə öz torpaqlarında onlara yer verən bir xalqa qarşı soyqırım və işğal aktı törətməsəydilər indi daha yaxşı yaşayardılar. Gec də olsa, öz səfil həyatlarının öz hakimiyyətləri tərəfindən yaradıldığını və bu vəziyyətin erməni xalqını ağır hala saldığını və ölkəni tərk etməsinə gətirib çıxartdığını anlayırlar.
Belə görünür ki, Ermənistanda baş verənlər həm ermənilərin özünün, həm də Azərbaycanın xeyrinədir. İşğal etdikləri Qarabağda ağır şərtlərdə yaşamaq istəməyən ermənilərin çoxu onu öz sahibinə qaytarmaqla, özlərinin normal həyatlarını təmin edə biləcəklərini başa düşürlər. 
Burada bəzi ehtimallar da var. Əgər Erməniustanda Qərb tərəfdarları hakimiyyətə gəlsə, bu, Rusiyanın qəzəbinə səbəb olacaq. Bu halda Moskva Ermənistanı ağır cəzalandırmaq üçün Azərbaycanı tam dəstəkləyə bilər. İran da eyni mövqedən yanaşacaq, çünki sərhədlərində qərbyönümlü bir ölkənin olmasından heç də məmnun olmayacaqlar. Belə bir vəziyyət yaransa, bu, bizim üçün işağl edilmiş ərazilərimizin azad edilməsi üçün tarixi şans yaradacaq.
Hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini əvvəlcədən dəqiq proqnoz etmək çətindir, lakin hər şey baş verə bilər. Azərbaycan istənilən ssenariya hazır olmalı və fürsət yaranarsa bundan dərhal istifadə etməlidir. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31