Azərbaycanın iqtisadi potensialı ölkənin inkişafı üçün zəmin yaradır
Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət öz müsbət nəticəsini verməkdədir. Artıq ölkəmiz əldə etdiyi iqtisadi uğurlarına görə, nəinki MDB ölkələrini, eləcə də Avropanın bir sıra aparıcı dövlətlərini geridə qoyur. Ölkəmizin qazandığı iqtisadi naliyyətlər beynəlxalq qiymətləndirici qurumlar tərəfindən də təsdiq edilir. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumun (WEF) "2017-2018 Qlobal Rəqabət İndeksi" reytinqində 2 pillə yüksələrək 35-ci sırada qərarlaşıb. Əslində Azərbaycana belə bir qiymətin verilməsinin iqtisadi əsasları kifayət qədərdir. Belə ki, son 15 ildə ölkədə 1 milyon 900 min iş yeri açılıb, işsizlik 44,7 faizdən 5,4 faizə düşüb. Bu müddət ərzində dövlət büdcəsinin gəlirləri 13.5 dəfə, strateji valyuta ehtiyatlarımız 26.6 dəfə artaraq ötən ilin sonunda 42 milyard dollara çatıb.
23 Aprel 2018 16:32 İqtisadiyyatİlham Əliyev: "İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır"
Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət öz müsbət nəticəsini verməkdədir. Artıq ölkəmiz əldə etdiyi iqtisadi uğurlarına görə, nəinki MDB ölkələrini, eləcə də Avropanın bir sıra aparıcı dövlətlərini geridə qoyur. Ölkəmizin qazandığı iqtisadi naliyyətlər beynəlxalq qiymətləndirici qurumlar tərəfindən də təsdiq edilir. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumun (WEF) "2017-2018 Qlobal Rəqabət İndeksi" reytinqində 2 pillə yüksələrək 35-ci sırada qərarlaşıb. Əslində Azərbaycana belə bir qiymətin verilməsinin iqtisadi əsasları kifayət qədərdir. Belə ki, son 15 ildə ölkədə 1 milyon 900 min iş yeri açılıb, işsizlik 44,7 faizdən 5,4 faizə düşüb. Bu müddət ərzində dövlət büdcəsinin gəlirləri 13.5 dəfə, strateji valyuta ehtiyatlarımız 26.6 dəfə artaraq ötən ilin sonunda 42 milyard dollara çatıb. Bu isə o deməkdir ki, "güclü dövlət - müstəqil siyasət" prinsipinə sadiq olan prezident İlham Əliyevin iqtisadi, siyasi və hüquqi islahatların uğurlu nəticələrindən bütün xalqın bəhrələnməsi uğrunda məqsədyönlü fəaliyyət göstərir. Regionların bugünkü inkişafı, sosial-məişət, mədəni obyektlərin tikintisinin bütün ölkə coğrafiyasını əhatə etməsi bunun bariz sübutudur. 2003-cü ildən ötən dövr ərzində 3100 məktəbin, 642 tibb müəssisəsinin tikilməsi və əsaslı təmir edilməsi, 123 min kilometr yolun çəkilməsi bizim böyük sosial uğurların bariz nümunəsidir. Lakin Azərbaycanın iqtisadi potensialı iqtisadiyyatın daha da inkişaf etdirilməsinə imkan yaradır. Bunun üçün sadəcə düzgün iqtisadi xəttin seçilməsi, şəfaflığın təmin edilməsinə ehtiyac duyulur.
Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev yenidən prezident seçilməsi münasibətilə keçirilən andiçmə mərasimində qeyd edib ki, iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir: "Bu gün də Azərbaycan iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş böhranlar zamanı da bu böhranlardan ən az itkilərlə çıxa bilmişik. Artıq bu böhranlar arxada qalıb və iqtisadi sabitlik, maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırır. Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər.Sahibkarlığın inkişafı sürətlə getmişdir. Bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər hesabına və sahibkarların öz vəsaiti hesabına yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir. Növbəti illər ərzində, qeyd etdiyim kimi, iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf etsin və biz neft-qaz amilindən asılılığı azaldaq".
İqtisadi ekspertlər hesab edirlər ki, son 15 ildə həyata keçirilən iqtisadi islahatların nəticələri deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının qarşısını qlmaq qeyri-mümkündür. Millət vəkili Tahir Rzayev bildirib ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməkdə davam edir və heç bir xarici təsir bunun qarşısını almaq imkanına malik deyil: " Bu gün dünyada və qonşu ölkələrdə bir çox proseslər müşahidə edilir ki, bunların da nəticəsində milli valyutamız nəinki ucuzlaşa, əksinə, əlavə dəyər qazana bilər. Ancaq müəyyən qüvvələr var ki, insanları təşvişə salmaq, öz çirkin əməllərini həyata keçirmək üçün dövriyyəyə manatın ucuzlaşacağı ilə bağlı heç bir əsası olmayan şayiələr buraxırlar. Lakin insanlar belə şayiələrə inanmırlar". T.Rzayev bildirib ki, hazırda dünya bazarında neftin qiyməti artır. Eyni zamanda, ölkədə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi üçün dövlət tərəfindən qətiyyətli siyasi iradə nümayiş etdirilir, həmçinin dəstək tədbirləri gücləndirilir: "Made in Azerbaijan" brendinin beynəlxalq miqyasda tanıdılması və ölkədən ixracın artması təşviq edilir, bu məqsədlə zəruri infrastruktur, o cümlədən də logistik mərkəzlər yaradılır, qanunvericilik bazası möhkəmləndirilir. Azərbaycanda ÜDM-in həcmi bu ilin yanvar-fevral aylarında 11,54 milyard manata bərabər olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Adambaşına düşən ÜDM 1178,7 manata çatıb. Bununla yanaşı, qeyri-neft sektorunun payına düşən ÜDM də 2,3 faiz artıb. "Azərbaycanın müsbət reallıqları, makroiqtisadi sabitlik, ölkəyə valyuta daxilolmalarının artması manatın kursunun sabit qalmasına müsbət təsir göstərən amillərdir. Bütün bunlar bir daha deməyə əsas verir ki, manat ucuzlaşmayacaq, əksinə, milli valyutamız daha da güclənə bilər".
Qeyd edək ki, ötən 15 ilin inkişaf göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri düzgün müəyyən edilərək iqtisadi dayanıqlıq təmin edilib. Hələ dünya bazarında neftin qiyməti aşağı düşəndə belə fikir səslənirdi ki, Azərbaycan iqtisadiyyatının böhran dövrü başlayacaq, valyuta ehtiyatları xərcələnəcək və bununla da iqtisadiyyat iflas olacaq. Ancaq Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkənin strateji yol xəritəsi müəyyənləşdirildi, ölkədə vacib islahatlar aparıldı, maliyyə və bank sistemində sağlamlaşdırma prosesləri həyata keçirildi. Ən başlıcası, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixracyönlü, rəqabətqabiliyyətli məhsulların istehsal olunması, sahibkarlığın, turizmin, kənd təsərrüfatının və qeyri-neft sektorunun digər sahələrinin inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atıldı. İqtisadiyyatın saxələndirilməsi ilə bağlı çox önəmli işlər görüldü. Artıq onun şahidiyik ki, Azərbaycan iqtisadiyyatı özünün inkişaf mərhələsini yaşayır. Bütün bunlar göstərir ki, ölkə iqtisadiyyatının inkişaf istiqamətləri düzgün formalaşıb və bu ölkənin iqtisadi nüfuzunu daha da artıracaq.
Alim