"İrəvanda aksiyada iştirak edən hərbçilər ağır şəkildə cəzalandırılacaqlar"
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir. Aksiya iştirakçılarına hərbçilər də qatılıblar. Ermənistan Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, etiraz aksiyasında iştirak edən hərbçilər ağır şəkildə cəzalandırılacaqlar.
23 Aprel 2018 16:20 DünyaErmənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir. Aksiya iştirakçılarına hərbçilər də qatılıblar. Ermənistan Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, etiraz aksiyasında iştirak edən hərbçilər ağır şəkildə cəzalandırılacaqlar.
Qeyd edək ki, aprelin 13-dən İrəvanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. Buna baxmayaraq, aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb və deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib. Milli.Aaz Sputniknews-a istinadla xəbər verir.