Şeyx toya getdi, FOTOsu qalmaqal yaratdı

Qətərin baş naziri şeyx Abdulla bin Naser bin Xəlifə əl Tani srağagün Əbd əl Rəhman bin Ümeyr əl Nüəyminin oğlunun toyuna qatılıb.

Qətərin baş naziri şeyx Abdulla bin Naser bin Xəlifə əl Tani srağagün Əbd əl Rəhman bin Ümeyr əl Nüəyminin oğlunun toyuna qatılıb. Baş nazirin toyda çəkdirdiyi fotolar qalmaqal yaradıb. İş ondadır ki, əl Nüəymini ABŞ, Britaniya, Avropa Birliyi, Səudiyyə Ərəbistanı və daha bir neçə ölkə "terrorizmi maliyyələşdirən şəxslərdən biri" sayır.

2015-ci ildən bəri əl Nüəyminin Qərb ölkələrindəki bank hesabları dondurulub, ona sərhəddən giriş yasağı qoyulub.

Qətər hökuməti fotolarla bağlı açıqlamasında bəyan edib: "Şeyx Abdulla toya qatılmışdı. Onu təzə bəy dəvət etmişdi. Əl Nüəyminin oğlu savadlı, mədəni gəncdir, dövlət qulluqçusudur". Milli.az Al Jazeera-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31