Hökumətdə həyata keçirilən islahatlar səmərəli fəaliyyətdən xəbər verir
Prezident seçkilərindən sonra hər kəsi yeni formalaşacaq hökumət kabinetinin tərkibi maraqlandırırdı. Düzdür, əvvəlki hökumət kabineti də üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlir, ölkənin iqtisadi inkişafına öz töfəsini verirdi. Lakin həm kabinet üzvlərinin bir çoxunun səhhətinin qarşıdakı illərdə daha səmərəli fəaliyyət göstərmək üçün yetərli olmaması, eyni zamanda müasir tələblərə uyğun daha cevik fəaliyyətin zəruriliyi yeni formalaşacaq hökumət kabinetində müəyyən dəyişikliklərin olacağını qaçılmaz edirdi. Və həftə sonu bütün bu gözlənilənlər öz təsdiqini tapdı.
23 Aprel 2018 15:48 SiyasətPrezident seçkilərindən sonra hər kəsi yeni formalaşacaq hökumət kabinetinin tərkibi maraqlandırırdı. Düzdür, əvvəlki hökumət kabineti də üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlir, ölkənin iqtisadi inkişafına öz töfəsini verirdi. Lakin həm kabinet üzvlərinin bir çoxunun səhhətinin qarşıdakı illərdə daha səmərəli fəaliyyət göstərmək üçün yetərli olmaması, eyni zamanda müasir tələblərə uyğun daha cevik fəaliyyətin zəruriliyi yeni formalaşacaq hökumət kabinetində müəyyən dəyişikliklərin olacağını qaçılmaz edirdi. Və həftə sonu bütün bu gözlənilənlər öz təsdiqini tapdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı əsasında yeni hökumət rəhbərinin kimliyi bəlli oldu. Bu kifayət qədər dövlətçilik təcrübəsi olan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov idi. Beləliklə, dövlət başçısının təqdimatı əsasında Milli Məclis Novruz Məmmədovu yeni baş nazir kimi təsdiq etdi. Həm Novruz Məmmədovun baş nazir təyin olunması, həm də dövlət başçısının sərəncamı əsasında yeni kabinetdə yeni simaların yer alması Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət və islahatların bariz nümunəsi idi.
Yeni formalaşan hökumət kabineti həmçinin Azərbaycanda siyasi və iqtisadi sahədə həyata keçirilən islahatların davamlılığından və bu islahatların daha çox müsbət nəticələr verəcəyinə dəlalət edir. Təsadüfi deyil ki, həyata keçirilən islahatlar və yeni baş nazir təyinatı müxalifət düşərgəsi tərəfindən də təqdir edilir. Və Azərbaycan müxalifəti bu islahatlardan yalınız müsbət nəticələr gözləyir.
Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov bilidirib ki, baş nazir postu təkcə inzibati deyil, həm də siyasi postdur. Yanlış olaraq Nazirlər Kabinetini ancaq inzibati təsərrüfatçılıq və ya iqtisadiyyata cavabdehlik daşıyan bir orqan kimi yanaşılır: "Dünya praktikasına nəzər salsaq bir daha aydın görünər ki, Baş Nazirlik siyasi post olmaqla dövlətin idarə edilməsində başlıca rollardan birini oynayır. Hətta Milli Məclisin özü də siyasi postdur".
AMİP təmsilçisi qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, Prezident Nazirlər Kabineti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır və prezidentin yuxarı icra orqanıdır: "Bu o deməkdir ki, konkret sahələr üzrə prezidentin yürütdüyü kursa məsuliyyət daşıyır. Və bu kursu həyata keçirir. Bu baxımdan Baş Nazirin iqtisadçı olması önəmli deyil. Önəmli prezidentin yürütdüyü siyasi kurs da daxil olmaqla, müxtəlif sahələr üzrə kursu uğurla həyata keçirməkdir. Ona görə də ölkədəki vəziyyətin dəyişməsi prezidentlə baş nazir başda olmaqla Nazirlər Kabinetinin birgə fəaliyyətindən bilavasitə asılı olacaq. Bu baxımdan da prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun Baş Nazir vəzifəsinə gətirilməsində qəbahət yoxdur. Əksinə bu posta təcrübəli siyasətçinin və diplomatın gətirilməsi Nazirlər Kabinetinin indiyədək ancaq inzibatı çərçivədən çıxaraq daha geniş müstəvidə fəaliyyət göstərməsinə imkan yaradılacağı ehtimalı yaradır. Bu həm də siyasi məsuliyyət bölgüsü deməkdir. İnanıram ki, Kabinetdə islahatlar istiiqamətində atılan bu ilk davamlı və uğurlu olacaq. Yeni təyin olunan Baş Nazir Novruz Məmmədov ona edilən etimadı doğrulda biləcək və Kabineti vacib siyasi institutların birinə çevirməyə nail olacaq, ölkədəki problemlərin həllində xeyli iş görə biləcək, həmçinin Kabinetin nüfuznu artıra biləcək".
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, indiyə qədər baş nazirliyə adları qeyd edilənlər siyasi iddiası olanlar və intiriqalarda adları dəfələrlə hallanıb. Belə şəxslərin baş naziliyə gətirilməsi isə, mövcud iqtidar üçün problemlərə yol açardı: "Göründüyü kimi uzun illər Prezident aparatında şöbə müdiri olan sakit təbiətli və siyasi iddiası olmayan Novruz Məmmədov baş nazir nominasiyasına təqdim edildi. Novruz Məmmədovun baş nazirliyə gətirilməsi uzun müddət müzakirələrin nəticəsidir. Qeyd edim ki, Novruz Məmmədovun baş nazirliyə gətirilməsi iqtidarda bütün tərəfləri qane edir. Çünki, heç bir siyasi qrupda olmayaraq birinci şəxsə sadiq olub və ona həvalə edilən beynəlxalq münasibətləri kurasiya edib. Baş nazir Novruz Məmmədovun qarşısında əsas vəzifə iqtisadi sahəni kurasiya etmək, hökumətin işini təkmilləşdirmək olacaq. Bunun öhdəsindən gələciyi şübhəsizdir. Sələfi Artur Rasizadənin işini davam etdirəcək. Ümid edirik ki, tez-tez mətbuatda görünməklə, ölkədə baş nazirin fəaliyyətini xalqa təqdim edəcək".
Göründüyü kimi, yeni formalaşan hökumətə ümidlər böyükdür və birmənalı olaraq həyata keçirilən islahatlar dəstəklənir. Çünki hökumətdə kifayət qədər təcrübəli və səriştəli şəxslər təmsil olunur.
Məhəmməd