"Rusiya və Azərbaycan ticarət həcmini dəfələrlə artırmaq niyyətindədirlər"

"Moskva və Bakı yaxın illər ərzində əmtəə dövriyyəsinin həcminin bir neçə dəfə artacağına, həmçinin Azərbaycanın Rusiyaya ixracında artımın təmin olunacağına ümid edirlər".

Bunu Bakıda jurnalistlərə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

O qeyd edib ki, iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafı üçün çox böyük potensial var:

"Bakıya əvvəlki səfərim zamanı (ötən ilin dekabrında - red.) mövcud maneələrin aradan qaldırılması üzrə xusisi işçi qrupunun yaradılması ilə bağlı razılığa gəlmişdik. Nəticələr var - bu gün biz ölkələr arasında ticarət həcminin artdığını müşahidə edirik".

Nazir bildirib ki, bu gün gündəliyə Azərbaycan ərazisində birgə müəssisənin yaradılması məsələsi də daxil edilib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31