Gündəm
Şamaxıda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilir
Aprelin 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxıda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.
AZTA Azərbaycanın səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığını genişləndirir
AZTA –nın idarə heyətinin üzvü Göydəniz Qəhrəmanov Azərbaycan Respublikasının Hindistan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əşrəf Şıxəliyevi qəbul edib.
Bakıda universitetdə kütləvi zəhərlənmə
Xəzər Universitetinin nəzdində yaradılmış, “Dünya” məktəbi təlim-tərbiyə müəssisəsində kütləvi zəhərlənmə baş verib. Zəhərlənmə “Dünya” məktəbinin şagirdləri arasında baş verib. Belə ki, ötən həftəsonu məktəbin bufetində yemək yeyən uşaqlar sonradan özlərini piss hiss etməyə başlayıblar. Zəhərlənən şagirdlər valideynlərinin köməkliyi ilə Bakıda xəstəxanalara yerləşdirilib və onların mədə-bağırsaqları yuyulub.
Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin rəhbərini qəbul edib
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Nazim İbrahimov bu gün Ümumdünya Ukraynalılar Konqresinin rəhbəri Yevgeniy Çoliyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və Ukrayna diasporlarının qarşılıqlı əməkdaşlığı və onun perspektivləri müzakirə olunub.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi ERRA - ya assosiativ üzv seçilib
Bu gün Rusiya Federasiyasının Soçi şəhərində Enerji Məsələlərini Tənzimləmə Orqanlarının Regional Birliyinin (ERRA) iclası keçirilib. Tədbirdə Azərbaycanı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Yuxu haqqında bunları bilməlisiniz
Yuxu, beyin fəaliyyət normasının minimal səviyyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Yuxular haqqında bir sıra maraqlı məlumatlar var: Oyandıqdan sonrakı 5 dəqiqə ərzində gecə gördüyümüz yuxuların 50 %-ini, 10 dəqiqə ərzində isə 90%-ini unuduruq.
Bakcell biznes qurmaq istəyən gənclərin xəyallarını gerçəkləşdirir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb. Bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi ERRA-ya assosiativ üzv seçilib
Deputat: “Peşəkarlar yox dərəcəsindədir…”
“Azərbaycanda peşəkar mühasiblər azdır”. “Olaylar”ın xəbərinə görə, bunu millət vəkili Vahid Əhmədov aprelin 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında “Mühasibat uçotu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sarkisyanlar çətin durumda
Ermənistanda vəziyyət hər ötən gün bir qədər də gərginləşir. Serj Sərkisyanın baş nazir postunu mənimsəməsinə qarşı çıxan erməni xalqı artıq 10 günə yaxındır ki, işğalçı ölkə rəhbərliyinin yuxusunu ərşə çəkib. İndi baş nazir Serj Sarkisyan qədər, onun xələfi prezident Armen Sərkisyan da etiraz dalğasının hakimiyyət çevrilişinə qədər gedib çıxacağından ehtiyat edir. Bu arada yeni prezidentin tezliklə xalq kütlələri qarşısında aciz duruma düşəcəyi də istisna edilmir.
Sosial şəbəkə istifadəçiləri məsuliyyətlərini dərk etməlidirlər
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycanda sosial şəbəkələrin qanunla tənzimlənməsini təklif edir. Onun bu təklifi Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2017-ci il üzrə illik məruzəsində də öz əksini tapıb. Lakin cəmiyyətdə Ombudsmanın təklifinə münasibət birmənalı deyil.
“İrəvan inqilabı” Azərbaycanın xeyrinədirmi?
Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın baş nazir seçilməsinə etiraz edənlərin dairəsi genişlənməkdə davam edir. Artıq Yerevan Dövlət Universitetinin tələbələri kütləvi etiraz aksiyasına başlayıblar. Məlumata görə, etirazçılar səhər saatlarında universitetin əsas binasının qarşısına toplaşıblar.
Ramiz Mehdiyev bu gənc naziri şəxsən təqdim etdi
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimovu nazirliyin kollektivinə təqdim edib. R.Mehdiyev İ.Kərimovun keçdiyi həyat yolu barədə ətraflı məlumat verərək qeyri neft sektorunun, xüsusilə də kənd təsərrüfatının ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu sahənin inkişafı ilə bağlı büyük potensial imkamların olduğunu diqqətə çatdırıb. Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.
Türkiyə siyasətində yeniliklər gözlənilir
Bu günlərdə qardaş Türkiyədə əsas müzakirə mövzusu yaxın aylarda keçiriləcək növbədənkənar seçkilərdir. Onu da qeyd etmək yerinə düşər ki, Türkiyədə nəzərdə tutulan növbədənkənar seçkilər Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycanın bir çox ekspertləri, politoloqları qardaş ölkədə keçiriləcək seçkilərlə bağlı öz dəyərləndirmələrini ortaya qoyurlar.
AXC xalqın maariflənməsinə xüsusi əhəmiyyət verirdi
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı andan təhsil məsələsinə xüsusi diqqət yetirib. Belə ki, AXC yarandığı ilk gündən xalqın maarifləndirilməsinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarifi Nazirliyi (XMN) - Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin təhsil və mədəni-maarif müəssisələri şəbəkəsinin fəaliyyətinə rəhbərlik edən dövlət orqanı idi.














