Yuxu haqqında bunları bilməlisiniz
Yuxu, beyin fəaliyyət normasının minimal səviyyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Yuxular haqqında bir sıra maraqlı məlumatlar var: Oyandıqdan sonrakı 5 dəqiqə ərzində gecə gördüyümüz yuxuların 50 %-ini, 10 dəqiqə ərzində isə 90%-ini unuduruq.
23 Aprel 2018 15:28 SosialYuxu, beyin fəaliyyət normasının minimal səviyyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Yuxular haqqında bir sıra maraqlı məlumatlar var: Oyandıqdan sonrakı 5 dəqiqə ərzində gecə gördüyümüz yuxuların 50 %-ini, 10 dəqiqə ərzində isə 90%-ini unuduruq.
Sonradan yaranan görmə problemi olan insanlar da normal yuxular görürlər, ancaq anadangəlmə görmə problemi olan insanlar görüntülü yuxular görmürlər yəni onların yuxusu səs, qoxu və hisslərdən ibarət olur.
Yuxu görmədiyini iddia edən insanlara inanmayın. Çünki hər kəs yuxu görür lakin bəzi insanlar yuxularını daha tez unutduqları üçün bu cür fikirləşirlər.
Bəzən yuxuda tanımadığımız insanları gördüyümüzü iddia edirik əslində isə belə deyil. Çünki beyin görmədiyi bir şeyi yaratmaz, ancaq əvvəlcədən gördüyümüz üzləri birləşdirib tanımadığımız insanlar yarada bilər.
Günümüzdə insanların 12 %-i yuxularını ağ-qara görür. 1960-cı illərdə bu göstərici çox yuxarı idi. Lakin rəngli televizorların insanların həyatına girməsi ilə sürətlə aşağı endi. Hal-hazırda 25 yaşından aşağı cəmi 4,4 % insan ağ-qara yuxu görür.
Yuxu zamanı "şüuraltı" danışır və insanın "şüuraltısı" çox dərin danışmağı sevir. Yəni, yuxuda gördüyümüz şey və ya etdiyimiz hərəkətlə onun ifadə etdiyi məna tamamilə başqadır. Bir gecə içində 4 ilə 7 arası yuxu görə bilərik. Buda ümumilikdə 2 saatı əhatə edir.
Yuxu normal həyatla paralel şəkildə işləyir. Məsələn, yatdığınız zaman musiqi səsi eşitsəniz yuxuda özünüzü konsertdə hiss edə bilərsiniz.
Aparılan araşdırmalardan sonra məlum olmuşdur ki, insanların 38%-i həyatları boyunca ən azı bir dəfə yuxularında "gələcəyi" gördüklərini deyirlər. Bu barədə dəqiq elmi məlumat olmasa da 68% insan yuxuların həqiqətən gələcəkdən xəbər verdiyinə inanır.