Türkiyə siyasətində yeniliklər gözlənilir

Bu günlərdə qardaş Türkiyədə əsas müzakirə mövzusu yaxın aylarda keçiriləcək növbədənkənar seçkilərdir. Onu da qeyd etmək yerinə düşər ki, Türkiyədə nəzərdə tutulan növbədənkənar seçkilər Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycanın bir çox ekspertləri, politoloqları qardaş ölkədə keçiriləcək seçkilərlə bağlı öz dəyərləndirmələrini ortaya qoyurlar.

Bu günlərdə qardaş Türkiyədə əsas müzakirə mövzusu yaxın aylarda keçiriləcək növbədənkənar seçkilərdir. Onu da qeyd etmək yerinə düşər ki, Türkiyədə nəzərdə tutulan növbədənkənar seçkilər Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycanın bir çox ekspertləri, politoloqları qardaş ölkədə keçiriləcək seçkilərlə bağlı öz dəyərləndirmələrini ortaya qoyurlar.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Türkiyədə 24 iyun seçkiləri AKP üçün əvvəlki seçkilərdən fərqli olaraq çətin mübarizə şəraitində keçəcək. Onun sözlərinə görə, AKP-nin zəfləməsi və elektorad itirməsidir ki, bu gün Milliyətçi Hərəkat Partiyasının dəstəyinə ehtiyacı var: "MHP başqanı Dövlət Baxçalı, məhz öz siyasi gələcəyi naminə AKP ilə ittifaqa gedərək, öz nüfuzunu qorumağa çalışdı. Həmçinin ona qarşı partiya daxilində narazılıqlardan qurtularaq siyasi mövqeyini gücləndirdi.. Qeyd edim ki, AKP-MHP siyasi ittiifaqı zərurətdən irəli gələrək, siyasi proseslərdə itirən mövqelərini qorumağa çalışırlar. Son seçkilərdə AKP və MHP-nin səs itirməsi, göstərdi ki, iki partiya siyasi qüruba enə bilər. Ona görə də məhz AKP və MHP Türkiyədə baş verən siyasi-hərbi hadisələr fonunda ittifaqa getdi". Politoloq deyib ki, son iki ildə AKP-nin təkbaşına hökumət qurmayacağı aydınlaşaraq ölkədə prezidentlik üsul-idarəsinə keçməsi ilə bağlı konustitusiya dəyişilkliyi bununla bağlı idi: "24 iyun növbədənkənar prezident seçkilərinə getmək üçün CHP və İYi partiyanın ittifaqa getməsi, AKP-ni çətin vəziyyətə salacaq. İYİ partiya başqanı Meral Akşener və CHP lideri Kemal Kılıçdaroğlu AKP hakimiyyətinə sərt müxalifdirlər və  Rəcəb Tayyib Ərdoğanın mütləq hakimiyyətinə qəzəblidirlər. Bu iki şəxsin "B" planını işə salması,  məhz Ərdoğana qaşı qəzəbin nəticəsidir". Politoloq onu da deyib ki, CHP və İYİ partiya anlaşması, AKP-MHP ittifaqı üçün surpiriz oldu: "Hətta, bu iki partiyanın ittifaqını hakim partiya siyasi əxlaqsızlıq və FETÖ ittifaqı da adlandırdı. Bu, açıqlamalardan görünür ki, iki partiyanın bir araya gəlməsi Türkiyə hakim partiyasında zəlzələ effekti yaradıb. 15 CHP millət vəkilinin İYİ partiyaya qoşulması, siyasi proseslərin AKP üçün asan olmayacağından xəbər verir". Məhəmməd Əsədullazadə hesab edir ki,  CHP sədri seçkilərdə vahid namizəd olarsa, Ərdoğana uduzacağı şübhəsizdi: "Amma Meral Akşener müxalifətin vahid namizədi olarsa Ərdoğana ciddi rəqib olcağı, Qərbin Akşenere dəstək verəcəyi qaçılmaz olacaq. Meral Akşener seçkini ikinci tura keçirə biləcək gücə sahib ola bilər. Kemal Klıçdaroğlu müxalifətin zəif namizədidir. Məhz Baxçalı Ərdoğana, Kılıçdaroğlu isə Akşenere yaxınlaşmaqla öz siyasi mövqelərini qoruyurlar".

Siyasi şərhçi Azər Qasımlı isə deyib ki, növbədənkənar seçkilərin keçirilməsi haqqında qərar bizdə olduğu kimi Türkiyədə də müxalifət üçün surpriz olub: "Lakin Rəcəb Tayyib Ərdoğan artıq neçə aydır ki, aktiv kampaniya aparır. Məsələn İstanbulda hər günə üç rayon qurultayını keçirib. Düşünün, keçən şənbədən başlayaraq gündə altı nitq söyləyib.  Bütün həftəsonları üzrə yekun nəticə isə 12 çıxış olub". Şərhçi deyib ki,  Türkiyə tarixində daha əvvəl də fövqaladə vəziyyət rejimləri olub. Lakin ölkənin kiçik bir hissəsini əhatə edib və terror hadisələri ilə bağlı olub: "Bu seçkilərin önəmli tərəfi ondan ibarətdir ki, çoxpartiyalı dövr ərzində ilk dəfə olaraq bütün ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi şəraitində keçiriləcək. 1987-ci il PKK terrorrizmi başladıqdan sonra son 15 ildə keçirilən bütün seçkilər ölkənin cənub-şərq hissəsində tətbiq edilən fövqəladə vəziyyət şəraitində baş tutub. Belə seçkilərdən sonuncusu 2002-ci il noyabrın 3-ü keçirilib.

Bu dəfə növbədənkənar seçkilər siyasi sabitlik baxımından problemsiz şəraitdə keçiriləcək. Ərdoğanın əl-ayağını bağlayacaq, xarici siyasət və təhlükəsizlik sahəsində qərar verməsinə mane olacaq hər hansı problem yoxdur. Lakin Ərdoğanın bir neçə gün əvvəlki bəyanatında iqtisadi məsələləri qeyd etməsi, növbədənkənar seçki qərarında iqtisadi amillərin həlledici aqrument olduğu bəlli olur". Azər Qasımlının sözlərinə görə, fövqaladə vəziyyətdə seçkilərin keçirilməsinin ən vacib və problemli tərəfi odur ki, hökumət FETÖ ilə mübarizə məqsədilə fövqəladə vəziyyət rejimində ana yasada nəzərdə tutulmuş səlahiyyətlərinə müraciət edib: "Seçki dönəmində fövqəladə vəziyyət rejimindən irəli gələn mümkün səlahiyyətlərin bu şəkildə istifadə edilməsi təhlükəsi var.  Çünki bu məsələ birbaşa seçki kampaniyasına mənfi təsir edəcək və seçkilərin bərabər əsaslarla keçirilməsinə kölgə salacaq. Əgər Ərdoğan bu kartdan istifadə etsə, şəffaf və rəqabətli seçkilər olmayacaq və bununla da Türkiyə demokratiyasına əlvida deməli olacağıq. Seçkilərdə rəqabət və müxalifətin şanslarına gəlincə Türk xalqı ilk dəfə eyni zamanda həm prezident, həm parlamenti seçəcək. Müxalifət həm prezidentliyə namizədlər irəli sürməli, həm parlament seçkilərində namizədlərilə iştirak etməlidir. Əgər növbədənkənar seçkilərin məqsədlərindən biri İYİ Partiyanın seçkilərdə iştirak etməsinə icazə verməməkdirsə və bu seçkilərdə partiyanın iştirakı təmin edilməsə seçkilərin ədalətsiz olacağı fikri ictimai-siyasi rəydə hakim olacaq. İYİ Partiyanın sədri Meral Akşener prezident seçkilərində namizəd olacağını artıq bəyan etdi. Düz də etdi. Lakin CHP lideri Kılıcdaroğlu CHP-nin namizədi ilə bağlı son və qəti mövqeyini bildirməyib. Yenə də partiya liderinin əvəzinə başqa birisinin seçkilərdə iştirak edəcəyi barədə fikirlər səsləndirilir. Əgər Kılıcdaroğlu özü namizəd kimi prezident seçkilərinə qatılmayacaqsa bundan sonraki proseslərdə özünün və partiyasının siyasi təsir imkanları ciddi şəkildə kiçiləcək. Hətta CHP parlament seçkilərində də ciddi səs itkisilə qarşılaşa bilər. Lakin hər iki partiyanın lideri prezident seçkilərinə qatılsa və bir sıra əsas siyasi mövzularda eyni platformada olsalar və seçki kampaniyası dönəmində aralarında effektiv rabitə olsa Ərdoğan üçün seçkilərdə qalib gəlmək çox çətin olacaq". Natiq hesab edir ki, daha önəmli bir məsələ AKP-dən ayrılan siyasətçilərin prezident seçkilərində iştirak edib-etməmələridir: "Keçmiş prezident Abdulla Gül və ya keçmiş baş nazir, universitet müəllimim Əhməd Davudoğlu seçkilərdə iştirakla bağlı qərar versələr AKP və Ərdoğan səs itirəcəklər. Bir sözlə Türkiyə siyasətində yeniliklər gözləniləndi. Təbii ki, yuxarıda qeyd etdiyim faktorlardan hansının daha qabarıq olacağından asılı olaraq. Əsas məsələ isə Türk xalqının fəal olması və düzgün qərar verməsidir. Tanrı Türk xalqının yardımçısı olsun".

Süleyman 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31