Sarkisyanlar çətin durumda

Ermənistanda vəziyyət hər ötən gün bir qədər də gərginləşir. Serj Sərkisyanın baş nazir postunu mənimsəməsinə qarşı çıxan erməni xalqı artıq 10 günə yaxındır ki, işğalçı ölkə rəhbərliyinin yuxusunu ərşə çəkib. İndi baş nazir Serj Sarkisyan qədər, onun xələfi prezident Armen Sərkisyan da etiraz dalğasının hakimiyyət çevrilişinə qədər gedib çıxacağından ehtiyat edir. Bu arada yeni prezidentin tezliklə xalq kütlələri qarşısında aciz duruma düşəcəyi də istisna edilmir. 

Ermənistanda vəziyyət hər ötən gün bir qədər də gərginləşir. Serj Sərkisyanın baş nazir postunu mənimsəməsinə qarşı çıxan erməni xalqı artıq 10 günə yaxındır ki, işğalçı ölkə rəhbərliyinin yuxusunu ərşə çəkib. İndi baş nazir Serj Sarkisyan qədər, onun xələfi prezident Armen Sərkisyan da etiraz dalğasının hakimiyyət çevrilişinə qədər gedib çıxacağından ehtiyat edir. Bu arada yeni prezidentin tezliklə xalq kütlələri qarşısında aciz duruma düşəcəyi də istisna edilmir. 

Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyir ki, Ermənistanda iqtidar-müxalifət qovğasında ən çətin duruma düşənlərdən biri də prezident Armen Sərkisyandır: "Bəli, onu indiki baş nazir Serj Sərkisyan Londondan dartıb gətirib və Ermənistan parlamentində prezident seçdirib. Normal durumda Armen Sərkisyan Serj Sərkisyandan asılı olmalı idi. Ancaq indi Ermənistanda durum fərqlidir və onu vəzifəyə gətirənin müxalifət üzərində qələbə çalıb-çalmayacağı bilinmir.  Ən pis halda Serj Sərkisyan birinci dəfəki prezident seçkisində olduğu kimi polisə "atəş açın" əmri versə və 10 il əvvəlki kimi onlarla insan qətlə yetirilsə bu indiki prezident Armen Sərkisyanı çətin dilemma qarşısında qoyacaq. Bu, qətliama göz yummaq Serj Sərkisyanın cinayətinə şərik olmaq demək mənasına gələcək". Politoloq hesab edir ki,  ona görə də Armen Sərkisyanın son iki addımı məndə onun tərəddüd keçirdiyi görüntüsü yaradıb: "Birincisi, o Serj Sərkisyandan əvvəl radikal müxalifətin lideri Paşinyanla görüşdü.  Özü də Serj Sərkisyandan fərqli olaraq Paşinyanı otelə çağırmadı, küçənin ortasında görüşdü. İkincisi, Armen Sərkisyan bugünkü açıqlamasında tərəfləri dialoqa və qarşıdırmadan çəkinməyə çağırdı. Bu müxalifətdən çox hakimiyyətə çağırışdır ki, Serj Sərkisyan polisə "atəş açın" əmrini verməsin. Armen Sərkisyan Serj Sərkisyana yarı gizli mesaj göndərir ki, sənin cinayətlərinə şərik olmayacam".

Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Cənubi Qafqazın qeyri-stabil və işğalçı ölkəsi olan Ermənistanda aprel 13-dən başlayan etiraz aksiyaları paytaxt Yerevandan digər şəhərlərə yayılır. Bu etiraz aksiyaları Serj Sarkisyanın 10 illik hakimiyyətindən sonra yenidən hakmiyyətdə qalmaq istəyinə qarşıdır: "Çünki, bu illər ərzində Ermənistanın bir ölkə kimi dərin iqtisadi-sosial və demoqrafiq problemə yuvarlanıb. Növbəti dəfə xalq "Qarabağ klanın" hakmiyyətdə olmasını qəbul etməyərək, küçələrə çıxıb. Bu gün Ermənistan cəmiyyətində "yerli və gəlmələr" erməni problemi var. Və, bu getdikcə siyasətdə dərin uçuruma gedir və ölkədə vətəndaş müharibəsinə doğru aparır. Dünən baş nazir Serj Sarkisyan etiraz aksiyalarına rəhbərlik edən müxalif depudat Nikoyl Peşinyanla görüşü nəticəsiz başa çatdı. Peşinyanla görüşə gələn Sarkisyan əvvəlcədən belə bir nəticəsiz görüşü gözləyirdi və bu görüşə qəsdən getmişdi. Bilirdi ki, etiraz aksiyalarını idarə edən Nikoylun tələbi, yalnız onun istefası olacaq. Özünü demokratik düşüncəli, Peşinyanı isə dövlətçiliyə qarşı kimi göstərməklə Sarkisyanın "jurnalistlərə nəticəyə özünüz qiymət verin" açıqlaması Peşinyanı dialoqa açıq olmadığını nümayiş etdirdi. Qeyd edim ki, üç dəqiqəlik geçən görüş qarşılıqlı ittihamlarla və Sarkisyanın hədə tonu göstərdi ki, öz hakimiyyətini güzəştə getməyəcək, lazım olarsa 2008-ci il 1 mart hadisələri kimi etirazçılara silah da işlədəcək xatırlaması ciddi proseslərdən xəbər verir". Politoloq deyib ki, Sarkisyan "Yelk" blokunun lideri Peşinyanla görüşə getməklə qarşısında iki məqsəd qoymuşdu: "Birinci, özünü xalqa dialoqun tərəfdarı və danışıqlara açıq olduğunu göstərmək. İkinci, Peşinyanı danışıqlara getməyən biri kimi təqdim etməklə, etiraz aksiyalarını dövlətin təhlükəsizliyinə zidd olduğu üçü dağıtmaq və məsuliyyəti Peşinyanın boynuna qoymaq. 
Sarkisyanın üç dəqiqəlik nota görüşündən sonra polis etirazçılara zor tətbiq etdi, millət vəkili Nikoyl Peşinyan həbs edildi.  Qeyd edim ki, etiraz aksiyaları bir neçə gün davam edəcək. Amma bunun Sarkisyanın hakimiyyətinə son verə biləcəyi görsənmir. Çünki aksiyalara xaricdən dəstək yoxdur və Qərb ölkələri hakimiyyətə qarşı sərt tonda mesajlar vermir.  Sarkisyan bir neçə gündən sonra çalışacaq ki ,"qanuni hakmiyyəti" qorumaq, ölkədə sabitliyi qaydasına salmaq və vətəndaşların təhlükəsizliyini qorumaq üçün etirazların dağıdılmasına güc yolu ilə qərar versin. Bundan sonra proseslərin hansı istiqamətdə cərəyan edəcəyini gözləmək olur. Moskva isə  şəksiz Sarkisyanın devrilməsinə imkan verməyəcək. Amma proseslər nəzarətdən çıxarsa Kreml baş nazirin birinci muavini Karen Karapetyanı baş nazir postuna gətirə bilər. Moskva gözləmək mövqeyindədir. Sarkisyana alternativi rezervdə saxlayır. 
Karen Karapetyan baş nazirliyə iddialıdır və erməni ictimaiyyəti tərəfindən qəbul ediləndi".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31