İranda banklara bitkoindən istifadə etmək qadağan olundu
23 Aprel 2018 15:59 İqtisadiyyatİranın Mərkəzi Bankı ölkədə bitkoin və digər kriptovalyutaların istifadə olunmasını qadağan edib.
Trend-in məlumatına görə, bütün pul mərkəzlərində və maliyyə müəssisələrində bu cür valyutaların istifadəsi qadağan olunur.
Mərkəzi Bankın qərarında qeyd olunur ki, kriptovalyutalar "çirkli pulların yuyulması və terrorçuluğun maliyyə təminatı" üçün istifadə oluna bilər.
Xatırladaq ki, bir müddət əvvəl İranın öz kriptovalyutasını yaradacağı barədə məlumatlar yayılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31