Yeni Baş nazir fəaliyyətinin icrasına başlayıb

Azərbaycanın yeni Baş naziri Novruz Məmmədov fəaliyyətinin icrasına başlayıb.  Nazirlər Kabinetinin Aparatı həmişəki qaydada hökumətin funksiyalarını icra etməkdə davam edir. Bundan başqa, baş nazirin müavini Hacıbala Abutalıbov da fəaliyyətinin icrasına başlayıb.

Xatırladaq ki, aprelin 21-də keçirilən Milli Məclisin plenar iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən, Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirə olunub. Müzakirələrdən sonra parlament səsvermə ilə N.Məmmədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib. Daha sonra isə Prezident İlham Əliyev sərəncam imzalayaraq N.Məmmədovu Baş nazir təyin edib. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31