Ermənistan Müdafiə Nazirliyi hərbçilərin nümayişlərə qatılmasını pislədi

Ermənistan Müdafiə Nazirliyi bir qrup hərbçinin nümayişə qoşulmasını kəskin şəkildə pisləyib.

Ermənistan Müdafiə Nazirliyi bir qrup hərbçinin nümayişə qoşulmasını kəskin şəkildə pisləyib.

Bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.

"Bu cür hərəkətlər daxili proseslərdə ordunun neytrallığını kobud şəkildə pozur", - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinə məxsus hərbi geyimdə olan bir qrup şəxs Yerevanda müxalifətin etiraz nümayişlərinə qoşulub. Nümayişçilərə qatılanlar iştirakları barədə şərh verməkdən imtina edir, sadəcə, bütün xalqla həmrəy olduqlarını deyirlər. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31