Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans

Azərbaycan Dillər Universiteti  Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Azərbaycan Dillər Universiteti  Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın "Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu" mövzusunda bölmə iclası keçirilib. Tədbirdən öncə konfrans iştirakçıları Heydər Əliyev adına parkda ulu öndərin büstü önünə əklil qoyaraq xatirəsini yad ediblər. İclasın keçirildiyi zalda Heydər Əliyev guşəsi yaradılıb, Ulu Öndərin fəaliyyətindən bəhs edən kitablar, fotoşəkillər sərgilənib.

Tədbir hər iki ölkənin dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.

Konfransın bölmə iclasnda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan və Azərbaycan ali məktəblərinin professorları, elmi işçiləri və Tbilisi Dövlət Universitetinin azərbaycanlı tələbələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Tbilisi Dövlət Universitetinin Multikulturalizm Mərkəzinin rəhbəri professor Davit Qoçiridze Azərbaycan-Gürcüstan münasibətlərindən söz açıb, bu cür konfransların ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. O, Heydər Əliyevin multikulturalizm və dövlətçilik ideyasının bütün dünya üçün nümunə olduğunu qeyd edib. Bildirib ki, ilk dəfə dünya azərbaycanlılarının qurultayının keçirilməsi, Azərbaycanda bütün dinlərin vəhdətinin təşkili Heydər Əliyev siyasətinin nümunəsidir.

Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Heydər Əliyevin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən danışıb. Tbilisi Dövlət Universitetinin professoru Kaxaber Loriya deyib ki, Gürcüstan dövlətinin möhkəmlənməsində Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş strateji enerji, nəqliyyat layihələrinin böyük rolu olub.

Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin professoru Revaz Diasamidze, Tbilisi Dövlət Universitetinin professorları Vasili Kaçarava, Mariam Mandjqaladze, Qeorqi Kvikadze və başqaları çıxış edərək Azərbaycan-Gürcüstan münasibətlərinin qurulmasında və inkişafında Heydər Əliyevin xidmətlərindən danışıblar.

Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq münasibətlər kafedrasının müdiri, siyasi elmlər doktoru Aidə Yusifzadə çıxışında bildirib ki, Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsiAzərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31