Gündəm
Koalisiya yeni zərbə endirdi - 25 dinc suriyalı öldü
Suriyanın şimalındakı Haseke şəhərinə Qərb koalisiyasının təyyarələri növbəti aviazərbələr endirib. Məlumata görə, zərbələr nəticəsində azı 25 nəfər həlak olub.
Sahil Babayev: Əlilliyin qiymətləndirilməsində süründürməçilik, süni maneələr aradan qaldırılacaq
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə nazirlikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin müvafiq elektron sistemlərin imkanlarının genişləndirilməsi vasitəsilə vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası ilə bağlı zəruri işlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb.
Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətini artırdı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Bazarlarda sağlamlıq üçün təhlükəli olan yağlar satılır - video
Zaur Baxşəliyev həbs edilə bilər?
Yerli telekanallarımızda son illərdə insanların sağlamlığının keşiyini çəkən tibbi verilişlər çoxalıb. Bu cür verilişlərdə bir çox özəl tibb müəssisələrin aparıcı həkimləri dəvət olunur və öz ixtisas sahələrinə uyğun xəstəliklər ətrafında müzakirələrə qoşulurlar.
Əfv Komissiyasının növbəti iclası bitdi - Müraciətlərə baxılması bu həftə yekunlaşa bilər
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bunu Komissiyanın üzvü Rəşad Məcid deyib. Onun sözlərinə görə, iclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib. R.Məcid qeyd edib ki, Komissiyanın bu həftə ərzində daha bir neçə iclas keçirərək ərizələrə baxılmasını yekunlaşdıracağı gözlənilir.
“Kişilər qadınlaşır, bununla barışmalıyıq” – VİDEO
Türkiyəli məşhur müğənni evində ölü tapıldı
Tanınmış musiqiçi Qalip Kayıhan İstanbulun Yeşilköy rayonunda yalnız yaşadığı evində ölü tapılıb. Milliyet xəbər verir ki, çox məşhur müğənninin mahnılarında imzası olan 66 yaşlı musiqiçinin ölüm xəbərini müğənni Onur Akay bu sözlərlə verib: "Dəyərli musiqiçi Qalip Kayıhanı dünən yalnız yaşadığı Yeşilköydəki evində keçirdiyi infarkt nəticəsində itirdik. İki gündür ondan heç bir xəbər ala bilməyən oğlu və yaxınları dəyərli musiqiçi dostumuzun vəfat etdiyini evə daxil olanda biliblər".
Masallıda məsciddən 5 min manata yaxın pul oğurlayanlar saxlanılıb
“Körpüdə 2 ABŞ kəşfiyyatçısı gördüm, hərbçiləri idarə edirdilər” – 15 iyul çevrilişinin məhkəməsi
Fətullahçı Terror Təşkilatının çevriliş cəhdi təşəbbüsü çərçivəsində 34 nəfərin şəhid edildiyi 15 İyul Şəhidlər Körpüsündə baş vermiş hadisələrin məhkəməsi gedir.
"Biz Şərqdə ilk demokratik respublikanı, parlamenti quranların varisləriyik" - Əflatun Amaşov
Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşının tamam olmasına dair çıxış edib. Musavat.com Ə.Amaşovun çıxışının mətnini təqdim edir:














