“Körpüdə 2 ABŞ kəşfiyyatçısı gördüm, hərbçiləri idarə edirdilər” – 15 iyul çevrilişinin məhkəməsi

Fətullahçı Terror Təşkilatının çevriliş cəhdi təşəbbüsü çərçivəsində 34 nəfərin şəhid edildiyi 15 İyul Şəhidlər Körpüsündə baş vermiş hadisələrin məhkəməsi gedir.

Fətullahçı Terror Təşkilatının çevriliş cəhdi təşəbbüsü çərçivəsində 34 nəfərin şəhid edildiyi 15 İyul Şəhidlər Körpüsündə baş vermiş hadisələrin məhkəməsi gedir.

Avropa.info xəbər verir ki, İstanbul 25-ci Ağır Cəza Məhkəməsində baş tutan prosesdə hərbi kəşfiyyatın mülki agenti B.Ü. şahid qismində ifadə verib. O, körpüdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 2 əməkdaşının olduğunu və çevrilişə cəhd edən hərbçiləri idarə etdiklərini gördüyünü deyib.

"Köprüdə ABŞ-ın Nyu-Cersi Xəbər Agentliyinə bağlı iki müxbir vardı. Bu adamlar eyni zamanda kəşfiyyatçı idi. Onların çevrilişə cəhd edən hərbçiləri idarə etdiklərini gördüm. Türkcə ana dilləri kimi danışırdılar. Ancaq öz aralarında ingiliscə danışırdılar" - şahid ifadəsində belə deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31